Böyük Britaniyanın Lankaster Universitetinin alimləri kvant mexanikası prinsipləri əsasında işləyən və rekord səviyyədə az enerji sərf edən universal kompüter yaddaşı ixtira edərək patentləşdiriblər. Bu barədə universitetin saytında deyilir.
İxtiranın hazırda əksər kompüter və fləş toplayıcılarda istifadə olunan ənənəvi “DRAM” dinamik yaddaş qurğularını əvəzləyəcəyi gözlənilir. Yeni qurğu hər iki texnologiyanın üstünlüklərini, o cümlədən informasiyanın yüksək sürətlə oxunma və yazılması və onun etibarlı saxlanılmasını özündə birləşdirib.
Bundan başqa, tərtibatçılar ənənəvi yaddaş qurğularının problemlərini həll etməyə nail olublar – yeni tip kompüter yaddaşı üçün informasiyanın saxlanma müddəti Yer kürəsinin yaşını ötəcək, məlumatların yazılması və silinməsi isə “DRAM” prosessorlarının xərcləri ilə müqayisədə 100 dəfə az enerji tələb edəcək.
Texnologiyanın bütün müasir qurğularda – mobil qurğu və fərdi kompüterlərdən tutmuş, iritutumlu məlumatların saxlanılması üçün server və sistemlərə qədər istifadəsi planlaşdırılır. Alimlərin qiymətləndirməsinə görə, yeni tip kompüter yaddaşı məlumat emalı mərkəzlərində pik elektrik enerjisi istehlakını minimum 20 faiz azaltmağa imkan verəcək.