Əsas səhifə Biznes Biznes məqalələri Reklam necə daha təsirli ola bilər?

Reklam necə daha təsirli ola bilər?

236
reklam
reklam

Getdiyimiz hər yerdə tez-tez reklamla rastlaşırıq. Bu vasitə məhsulunu daha tez tanımasına yardımçı olduğu üçün demək olar ki, hamı istifadə edir. Reklam nəinki marketingin, həm də həyatımızın ayrılmaz parçasına çevrilib. Bəs reklam nədir və necə olmalıdır?

Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Bəs yaxşı reklam necə olmalıdır?:

1. Maraqlı
2. Təəccübləndirici
3. Xüsusi
4. İnandırıcı və satışa artıra biləcək

Yuxarıda sadaladığımız keyfiyyətə malik olan reklamların sayı ölkəmizdə demək olar ki, aşağı səviyyədədir. Artıq, insanlar asanlıqla reklama inanmırlar. Bu səbəbdən də, şirkətlər reklamın daha inandırıcı olması üçün müxtəlif yollara əl atırlar. Bunlardan ən geniş yayılmış olanı sosial şəbəkələrdə məşhur olan insanların məhsulu reklam etməsidir.

Belə ki, insanlar həmin şəxsin reklam etdiyi məhsulların digər məhsullardan daha keyfiyyətli olması hissinə qapılır, dərhal həmin məhsulu almağa tələsir, başqalarına da tövsiyə edir və beləliklə də məhsul daha geniş miqyasda reklam edilmiş olur. Bəzən ifrat dərəcədə edilən reklam məhsula olan marağı olduqca azaldır. Məsələn, “The Procter & Gamble Company (P&G)” reklamları demək olar ki, hər dəqiqə efirdə yayımlanması insanlarda qıcıq hissi yaradır və məhsula olan marağı azaldır. Buna görə də reklamın alıcılarda qıcıq yartamaması üçün çalışmaq lazımdır. Bəzi tanınmış şəxslər var ki, bunu çox əla bacarır. Onlar reklamı yuxarıda sadaladığımız xüsusiyyətləri özündə daxil olmaqla insanları təsir altına qoyaraq, məhsula və şirkətə olan inamı artırır. Bunlardan birinə misal olaraq Taleh Yüzbəyovun videolarını göstərmək olar. O, məhsulu elə tərzdə reklam edir ki, yalnız tamaşaçı sonda başa düşür ki, bu reklam xarakterli bir videoçarxdır. Videoblogger reklam etdiyi məhsulun adını nə videoçarxın altında, nə də videoçarxın əvvəlində yerləşdirir. Beləliklə, videonun reklam xarakterli olması başa düşülmür və onun baxış sayı böyük auditoriyanı əhatə edir.

Auditoriyanı rəyinə əsasən, bunu demək olar ki, bu insanlarda xoş təsir bağışlayır və onları qıcıqlandırmır. Bu da əlbəttə ki, şirkətin reklamının daha çox izlənməsinə səbəb olur və beləliklə hər iki tərəf qazanclı çıxır.

 

 

1 rəy

Rəy bildir

Please enter your comment!
Please enter your name here