Redmi K20 smartfonu Avropada hansı qiymətə satılacaq?

Date:

Paylaş:

Biz artıq xəbər vermişdik ki, Redmi brendinin yeni K20 smartfon seriyası Avropada Xiaomi Mi 9T adı ilə satışa çıxacaq. İndi isə həmin smartfonun Avropada hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Belə ki, İtaliyanın Grossoshop adlı online mağazasında K20 (Mi 9T) smartfon modelinin üç versiysı aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 360 avroya, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 380 avroya, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 500 avroya satılacaq.

Xiaomi Mi 9T
Xiaomi Mi 9T

Nəzərə alsaq ki, K20 modeli Snapdragon 730 prosessoru ilə təchiz olunub, bu cür qiymət göstəricisi yaxşıdır. Avropa bazarında Xiaomi Mi 9T Pro (K20 Pro) modelinin hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, onun qiyməti adi Xiaomi Mi 9-un qiyməti səviyyəsində olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 9T modeli Full HD+ keyfiyyətli 6.4 düym OLED ekran, 20  MP-lik ön kamera, 48 MP + 12 MP + 8 MP üçlü arxa kamera və 17 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...