Redmi 7 smartfonu rəsmi olaraq təqdim olundu

Date:

Paylaş:

    Xiaomi şirkətinin müstəqil brendi olan Redmi özünün növbəti smartfon modeli olan Redmi 7-ni təqdim etdi. Beləliklə Redmi 7 modeli 19:9 nisbətli HD+ keyfiyyətli 6.26 düym IPS ekrana sahibdir. Smartfonun ekranı həmçinin qoruyucu göy rəng filtri də əldə edib. Bunun sayəsində istifadəçinin gözləri az yorulur. Smartfonun ön kamerası üçün ekran üzərində damcı formalı çıxıntı hissə yerləşdirilib. Ekran matrisasının özü isə smartfonun ön panelinin 80%-ni əhatə edir.

 

    Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 7 modeli 8 nüvəli Snapdragon 632 prosessoru, Adreno 506qrafik sürətləndirici, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP (f/2.2 diafraqmalı) + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfonun hər iki kamerası süni zəka texnlogiyasının dəstəyini əldə edib. Beləliklə onlar çəkilmiş fotoların keyfiyyətılərini avtomatik şəkildə yaxşılaşdıra bilirlər. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşir və smartfonun özündə 3.5 mm-lik audiogiriş hissəsi var. Redmi 7 MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Redmi 7 26 mart tarixində Çində satışa çıxacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib versiya 104$-a, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 119$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 148$-a satılacaq./technote.az

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...