Randy Gage-nin müvəffəqiyyət qanunları

Date:

Paylaş:

  1. Boşluq qanunu. Yeni ayaqqabı lazımdırsa, köhnələri atın. Yeni paltar lazımdırsa, dolabınızı təmizləyin. Siz könüllü olaraq özünüzü stereotiplərdən azad etməlisiniz.
  2. Dövriyyə qanunu. İstədiyiniz bir şeyi əldə etmək üçün sahib olduğunuz bir şeyi buraxmağa hazır olun.
  3. Xəyal qanunu. Əvvəlcə rifahınızı təsəvvürünüzdə görməlisiniz. İdeal gününüzün təsvirini qurun və güvəndiyiniz insanlardan başqa heç kimə göstərməyin. Bu təsviri əlaltında saxlayın və boş vaxtınız olanda gözdən keçirin.
  4. Yaradıcılıq qanunu. İnsan düşüncə, intuisiya və təxəyyül enerjisi ilə rifaha çata bilər.
  5. Qisas  qanunu. Nə isə versəniz, həmin şeyin on qatını almış olacaqsınız. Faydaları aldıqda, onu başqaları ilə də bölüşün. Əgər istedadınız ola-ola ondan istifadə etmirsinizsə, özünüzü təhqir etmiş olursunuz. Aldığınız “hədiyyələri” başqaları ilə bölüşsəniz, bu sizə daha çox fayda gətirəcək.
  6. Onluq qanunu. Həyat hər zaman öz onluğunu alacaq. Bu, minnətdarlıq qanunudur – sahib olduğunuz hər bir şeyin 10%-i. Siz bu onluğun sizə necə qayıdacağını heç vaxt bilə bilmərsiniz. Pul adi bir şeydir. Lakin o, kimsə ilə barışıq, yeni dostluqlar, sağalma və s. şəkildə qayıda bilər.
  7. Bağışlama qanunu. İnsanları bağışlaya bilmirsinizsə, sərvətinizi qəbul edə bilməyəcəksiniz. Əgər ruhunuz nifrət hissi ilə doludursa, sevgi özünə yer tapa bilmir. Özünüzü sizi yeyən və istirahət etməyə imkan verməyən mənfi hisslərdən azad etməlisiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...