Rəşad Rəşidov: “Biznesdə başlanğıc bir az vahiməli olur…”

Date:

Paylaş:

Rəşad Rəşidov 1985-ci ildə Xudat şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər və menecment” fakültəsində bakalavr və magistr dərəcələrini alıb. Sahibkarlıq fəaliyyətinə 2007-ci ildə başlayıb. “Ballı” şirkətini 2015-ci ildə təsis edib.

Rəşad Rəşidov

İlk öncə Ballının tarixi haqqında danışaq. Bu təsərrüfat nə vaxt yaranıb?

Ballı olaraq biz 2 ildir fəaliyyət göstərməyə başlamışıq. Ancaq nəsil olaraq 50 ildən çoxdur bu sektorda çalışırıq. Ballı kimi fəaliyyətə başlamağımıza da bir çox səbəblər oldu. Azərbaycan hər zaman öz təbiətinin zənginliyi ilə seçilib və bal dünyada özünü tanıda biləcək məhsullarımızdan biridir. Balın kifayət qədər yaxşı qablaşdırılıb ortaya çıxarılmağa ehtiyacı var idi və buna görə biz bir ilə yaxın dünyada bu sahədə fəaliyyət göstərən şirkətləri araşdırdıq və bala layiq bir formada istədik fəaliyyətə başlayaq. Bu gün biz artıq Ballı olaraq məhsulun keyfiyyəti və yaxşı qablaşdırmanın nəticəsində kifayət qədər tanınmışıq. Bizim məqsədimiz insanlara rahat şəkildə təbii balı əldə etməsini təmin etməkdir. Ballı kimi fəaliyyətə başladığımız müddətdən bir çox sərgilərin, Made in Azerbaijan brendi altında xaricdə keçirilən sərgilərin iştirakçısı olmuşuq.

Satış prosessini necə qurmusunuz?

İlk öncə online şəkildə başladıq. Yeni çıxarılan məhsul üçün qısa müddətdə bəlli bir büdcə ilə çox insana çatmaq üçün ən gözəl resurslardan biri online sahəsidir və biz online şəkildə başladığımız zamanda demək olar ki, qida alışı üçün çox böyük vərdiş yox idi. Ona görə də biz ilk olaraq online şəkildə başladıq və bu gün satışımızın əsas hissəsini online hissəsi tutur. Bununla paralel daha çox insanlara yaxın olan yerlərdə mini kornerlər yerləşdirmişik. İnsanların məhsullarımızı dadıb alması üçün şərait yaratmışıq. Bu gün biz online sahəsindən gözlədiyimizdən artığını alırıq.

Siz hansı bölgələrdə fəaliyyət göstərirsiniz?

Ballının kifayət qədər təsərrüfatı var. Qeyd etdiyim ki, bizim bu sahəyə gəlməyimizə səbəb gözümüzü açdığımızdan bu sahədə olmağımızdır. Mənim atam, babam və bir çox qohumlarımız bu sahədə çalışır. Bizim bir çox regionda böyük arıçılıq təsərrüfatımız var. Ancaq ən böyük təsərrüfatımız Quba-Xaçmaz ərazisindədir.

Ballını beş ildən sonra necə görürsünüz?

Ballını biz gələcəyimizin böyük bir hissəsi kimi görürük. Növbəti 5 ildə hədəfimiz Azərbaycanı bal sahəsində dünyada təmsil etməkdir. Kifayət qədər kompleks menecmentdən istifadə edirik. Ballı olaraq dünya bazarında biz də bəlli bir mövqedə Azərbaycan məhsullarını təbliğ etmək istəyirik.

Ballı sizin yeganə biznesinizdir yoxsa başqa sahələrdə də çalışırsınız?

Ballı bizim strateji olaraq əsas biznesimiz olsa da kənar sahələrdə də fəaliyyətimiz var. Konsaltinq sahəsində, pərakəndə satışın bir başqa sahəsində fəaliyyətimiz var. Bütün bunlar Ballını inkişaf etdirmək üçün donar rolunu oynayır.

Əgər yeni biznesə başlamaq istəsəydiniz hansı sahədə başlayardınız?

Maraqlı sualdır. Yəqin ki, daha çox bildiyimiz sahədə biznes qurardıq. Yeni başlayan insanlar var hansı ki, potensialları var. Bu gənclər gələcəkdə yaxşı sahibkar ola bilərlər. Kifayət qədər özlərini formalaşdırıb bildikləri sahədə başlasınlar. Başlamaqdan heç zaman qorxmasınlar. Başlanğıc bir qədər vahiməli olur. Ancaq doğru başlanğıc hüzur gətirir.

Gənclərə nə tövsiyyə edərsiniz?

Vaxtlarını boşa verməsinlər. Daim öz üzərlərində işləsinlər. Uğur zəhmətin qarşılığında mütləq gələcək. Ola bilər zamanı gecikə bilər amma fərdi inkişafın arxasında uğur hər zaman var.


©Biznes klass

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...