Lacoste markasının tarixçəsi bir yana, mən hesab edirəm ki aramızda bu markanı bilməyən yoxdur. Lacoste, bu sözün Fransız dilində “Timsah” demək olduğu ədəbiyyatda aydın şəkildə ifadə edilir. Təbii ki hekayənin gerçək qismini bilməyənlər, markanın adını buradan aldığını düşünürlər. Lakin əslində mövzu heç də elə düşünüldüyü kimi deyil. Logonun altında tamamilə fərqli bir hekayə var. Gəlin hekayəni oxuyaq…
Lacoste loqosunun təəccüblü hekayəsi
Markanın təsisçisi Rene Lacoste, moda və tennis sahələrində məşhur bir şəxsiyyətdir. Fransiz əslli məşhur Rene Lacoste, bir gün Davis Kubokunda qrupu ilə birlikdə Fransanın nümayəndəsi olduğu bir önəmli tennis matçında komanda kapitanı ilə iddiaya girir. Komanda kapitanı Rene Lacosteyə, matçı qazana biləcəyi təqdirdə ona timsah dərisindən hazırlanmış çanta verəcəyini söyləyir. Lakin Rene Lacoste təəssüf ki, matçı itirir. İtirdiyi matç isə ona “Timsah” ləqəbini qazandırır. Ləqəb Rene Lacostenin oyun meydançalarında rəqiblərinə möhkəmcə yapışıb buraxmayan oyun formasına görə qaldı. Bir gün Rene Lacostenin dostu Robert Geore, idman sahələrində geyindiyi blazerə bir timsah rəsmi çəkir və beləliklə Lacoste markasının adının və logosunun macərası o anda başlayır.
Tennis idmanında təqaüdçü olduqdan sonra Rene Lacoste, Fransanın ən böyük trikotaj geyim şirkətinin sahibi Andre Gillier ilə yollarını birləşdirərək La Societe chemise Lacoste’i qurdu. Lacoste-in hazırladığı və idman sahələrində geyinilən sinəsində timsah loqosu olan markanın tennis köynəyini çıxarmağa başladılar. Tennis köynəklərindən əlavə Lacoste golf və yelkənçi köynəkləri ilə istehsalını davam etdirdi. 1951-ci ildə isə, şirkət “tennis ağı”-ından əlavə başqa rənglərədə üstünlük verməyə və böyüməyə başladı. 1952-ci ildə köynəklər, ABŞ-a ixrac edildi və yüksək sinifin geyim seçimlərinə təsir edəcək “rəqabətçi idmançının status simvolu” olaraq satışa çıxarıldı.