Real dünya obyektlərinin rəqəmsal modellərini yaradan İngiltərə mərkəzli startap “SenSat” 10 milyon dollar investisiya cəlb edib.
İnvestisiya “Sistema VC” vençur kapitalı fondundan, Çinin internet şirkəti “Tencent”dən və digər investorlardan toplanıb. A raundunun aparıcı investoru isə “Tencent” oldu.
Cəlb olunan vəsait beynəlxalq genişlənməyə və şirkətin böyüməsinə sərf olacaq. “SenSat” həmçinin il ərzində 100-ə yaxın yeni tərtibatçı, riyaziyyatçı və məlumat emalı mütəxəssislərini işə götürməyi planlaşdırır (komandada hazırda 30 nəfər var).
Startapın bu günə qədər cəlb etdiyi investisiyaların cəmi 14,5 milyon dollardır.