Rəhbərlərin və əməkdaşların əsas problemi nədir? – Araşdırmaçı rəyləri

Date:

Paylaş:

Gallup analitik şirkəti 50 min menecer arasında sorğu keçirib və onların işləri barədə nə düşündüklərini və hansı problemlərlə qarşılaşdıqlarını öyrənib. Sorğuya 5 il vaxt gedib.

Aydın olmayan tələblər və pis hədəflər – menecerlər arasında əsas problem. Araşdırma göstərib ki, dünya üzrə işçilərin cəmi yarısı işdə ondan nəyin tələb olunduğunu bilir, yalnız 41% menecer və rəhbər, qətiyyətlə deyə bilər ki, onların vəzifə təlimatları icra etdikləri real işlə üst-üstə düşür.

Araşdırma zamanı həm də məlum olub ki, rəhbərlər çox vaxt əməkdaşlara sistemsiz tapşırıqlra verirlər və onların mahiyyəti “hamısını dərhal et” məqsədindən ibarətdir. Nəticədə 58% rəhbər və əməkdaşın şirkətin hədəfləri və tapşırıqlarından anlayışı belə olmur.

Bundan da başqa bir problem ortaya çıxır – hədəfləri müəyyən etmənin qeyri-mümkünlüyü. Tipik vəziyyət: rəhbər, rüblük göstəriciyə çatmaq üçün  iş yükünü artırmağı tələb edir və bununla da iş gücünə qənaət etmək üçün heyətin sayını azaldır.

Problemi həll etmək üçün əməkdaşlara təklif edilir ki, öz iş proseslərini rəhbərlər üçün “daha da görünən” etsinlər, belə ki, çox vaxt onlar kimə nə tapşırıq verdiklərini unudurlar. “ Öz hədəflərinizi və rəhbərinizin gözləntilərini analiz edin. İşinizin qarşınıza qoyulmuş daha böyük bir məqsədlə uyğun gəlib-gəlməməsi barədə danışın, artıq gördüyünüz işdən daha vacib tapşırıqların olub-olmamasını müzakirə edin” – deyə, “Make İt Matter” kitabının müəllifi Scott Mautz bildirib. O, sözlərinə bunu da əlavə edib ki, onsuz da işdə qayğılar çox olur və rəhbərin gözləntilərinə görə narahat olmaq və bir-birinə ziddiyyətli tapşırıqlarla mübarizə aparmaq lazım deyil. Yəni bunları qarşınıza bir vəzifə kimi qoymamalısınız.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...