Əsas səhifə Biznes Biznes məqalələri Rəssamlıq istedadına malik olan marketoloq: Bernard Arnault 100 milyard dollarlıq sərvəti necə...

Rəssamlıq istedadına malik olan marketoloq: Bernard Arnault 100 milyard dollarlıq sərvəti necə qazandı

245
Bernard Arnault
Bernard Arnault

Ötən həftə, dəb dünyasının ən görkəmli nümayəndələrindən biri olan Bernard Arnault, ultra zəngin olan insanların klubuna daxil olub. O, dünyanın ən zəngin insanları arasında üçüncü yer tutur. 

Bernard Arnault dünyanın ən zəngin insanların siyahısında 3-cü yer alaraq, Amazon-un rəhbəri olan milyarder Jeff Bezos (157,5 mlrd. dollar) və Microsoft-un rəhbəri olan Bill Gates (103,1 mlrd. dollar) milyarderlərinə qoşulub.  

Bu ilin aprel ayında Bill Gates-in sərvəti 100 milyard dolları keçib, bu Microsoft şirkətinin gəlirlərinin stabil olaraq artması hesabına başa gəlib. 2017-ci ildə 12 rəqəmli sərvətə malik olan ilk insan isə Jeff Bezos olub. Lakin yaxın zamanlarda biznesmen sərvətinin müəyyən bir hissəsi ilə vidalaşmalı olacaq. Xatırladaq ki, Jeff Bezos və onun keçmiş həyat yoldaşı Mackenzie Bezos boşanma prosesinin yekun mərhələsindədir. Mackenzie Bezos həyat yoldaşının sahib olduğu şirkətdə müəyyən paya malikdir ki, bu da qiymətləndirmələrə görə təxminən 37 milyard dollar təşkil edir. 

LVMH-in yenilənməsi

2019-u il Bernard Arnault-a məxsus olan Louis Vuitton Moët Hennessy (LVMH) şirkəti üçün kifayət qədər düşərli olmuşdur. Aprel ayında məşhur lüks əşyaların istehsalçısının rəhbərliyi 2019-cu ilin birinci rübündə satış və mənfəətin ötən ilin göstəriciləri ilə müqayisədə rekord səviyyəyə çatdığını acıladı. Nəticədə LVMH səhmləri 40%, Bernard Arnault-un sərvəti isə 20% artdı. Fransa biznesmeni LVMH şirkətinin baş icraçı direktoru və idarə heyətinin sədri vəzifələrini icra edir. Arno ailəsi şirkətlər qrupunun 46%-lik səhm paketinə sahibdir. 

LVMH-in satış həcminin artması bütün dünyada zəngin insanların lüks əşyalar və spirtli içkilər almağa davam etməsi ilə bağlı olmuşdur. İndi Fransa milyarderi qrupun yenilənməsi və yeni müştərilərin cəlb edilməsi yollarının axtarışı ilə məşğuldur. Onun əsas məqsədi markanın adını, məhsulların keyfiyyətini qorumaqdır. Məsələn, bu yaxınlarda Bernard Rihanna ilə əməkdaşlıq razılaşmasını bağlayıb: LVMH qrupu ilə birlikdə tanınmış müğənni Fenty Beauty kosmetika brendi və Fenty moda evini yaradır. Bundan əlavə, son zamanlarda Louis Vuitton Moët Hennessy Belmond şirkətini əldə etdiyini qeyd etmək lazımdır. 

“İnsanlar başa düşmürlər ki, müvəffəqiyyət əldə etmək üçün sənə iki tamamilə fərqli olan bacarıq lazımdır: sənətkarın qabaqgörənliyi və marketinq mütəxəssisinin məntiqi. Bu çox çətin bir prosesdir”, – deyə Bernard Arnault 1997-ci ildə Forbes jurnalına verdiyi müsahibədə qeyd edib. 

“Sadəcə bunu et!”

Milyarder haqqında ilk məqalə 1991-ci ildə, Forbes jurnalı tərəfindən dərc edilmişdir. Həmin dövrdə onun sərvəti 200 milyon dollar təşkil edirdi. O vaxtdan bəri bir çox materiallar əlavə olundu. 

Bernard Fransanın şimalında, sənaye şəhərlərinin birində anadan olub. Gənc yaşlarında o Parisin Politexnik məktəbinin ən yaxşı tələbələrindən biri idi. Atasının böyük bir tikinti biznesi var idi, ona görə 1980-cı illərin əvvəllərində aparıcı milyarder ABŞ-a yollanır və Ferinel ailə şirkətinin filialını idarə etməyə başlayır. 

Arno Amerikada dəyərli bir dərs götürdü. Köçməzdən əvvəl, o, Nyu-Roşell şəhərindəki evini amerikan milyarderi olan John Kluge-yə çatdı. Fransız biznesmenin evi Aralıq dənizi üslubunda qurulmuşdu və Lonq-Aylend boğazına açılan gözəl bir mənzərəsi var idi. John Kluge bu evi sökdürdü. 

-Bu, inanılmaz bir şey idi! Mənim həqiqətən də çox gözəl bir evim var idi, lakin satınalma müqaviləsindən iki gün sonra o bu evi sökdürdü! Bu..Amerika üslubundadır, – deyə Bernard bildirir. 

Biznesmen götürdüyü dərsi qısaca belə ifadə edib: “Əgər nə isə etməyə ehtiyac varsa, sadəcə et! Fransızların yaxşı ideyaları çoxdur, lakin onlar bu ideyaları çox nadir hallarda realizə edirlər”. 

Fransaya qayıdandan sonra, Bernard Arnault qərarlar qəbul etməyə hazır idi. 1984-cü ildə biznesmen müflis etmiş Boussac şirkətinə 15 milyon dollar yatırdı. Şirkət bahalı parça istehsalı ilə məşğul olurdu. Tekstil imperiyasını iflasdan qurtulmaq üçün, milyarder Lazard Frere investisiya şirkətinin köməyindən istifadə edir. 

Bir neçə ilə LVMH şirkətlər qrupuna Louis Vuitton, Givenchy Sephora kimi şirkətlər də daxil oldu. Bu gün LVMH-in satış həcmi təxminən 53 milyard dollar təşkil edir, o 70 brendə və 4590 pərakəndə mağazaya sahibdir. 

Rəy bildir

Please enter your comment!
Please enter your name here