Quşçuluq biznesi
Bildirçin yetişdirilməsi və bildirçin yumurtalarının satışı üzrə biznesi necə açmaq?
Bəzilər bildirçinləri öz evlərinin eyvanlarında adi karton qutularda saxlayırlar. 1kv.m-yə 200 quş yerləşir. Şüşəli izolə edilmiş standart ölçülü licilərdə 500-ə qədər quş yerləşdirmə olar. Adi cavan bildirçinləri qutuda saxlamaq olarsa, yumurta verən bildirçinləri hündürlüyü 25sm-dən böyük olmayan qəfəslərdə yerləşdirmək daha məsləhətlidir (bu quşlar çox hündür tavanları xoşlamırlar). Döşəmələrinə isə saman səpib, yuxarını (tavanı) isə onların travma almamaları üçün yumşaq materialla izolə edin.
Bildirçin yetişdirilməsində xərclərin analizi
Orta yaşlı bildirçinin hazırki qiyməti 50 rubldur. Həm də qiyməti aşağı salmaq və ya topdan da almaq olar. Və beləliklə 400-500 baş quşun alınmasına 15000-20000 rubl tələb olunur.
Qəfəslərin hazırlanması, izolə edilməsi, yerləşdirilməsi və işığın təmininə 10000-15000 rubl tələb olunur.
Əgər quşların sayını özünüz sərbəst artırmaq istəsəniz əlavə olaraq inkubatora da 2000-3000 xərcləməlisiniz. Yumurtaların mayalanması üçün erkəklər də almalısınız. Onları həm də birgə saxlaya bilərsiniz. Erkəklərin dişilərə nisbəti 1/5 olmalıdır.
500 quşa kombiyemin 2000-3000 rubl xərci var.
Bəzi xərcləri xatırladaq, hansılar ki, hüquqi şəxsin rəsmiləşdirilməsinə aparmaq lazımdırlar, sənədlər və s. xərclərin bu məqaləsi (maddəsi) üçün Büdcə – sıra (nizam) 5000 rubl.
Aylıq xərc təxmini 8000 rubl təşkil edir, bu məbləğə yem, elektrik enerjisi, nəqliyyat xərcləri də daxildir.
Bildirçin yetişdirilməsindən alınan gəlirin analizi
Hesab edək ki, 500 quşdan 450-i gündə bir yumurta verir. Ayda 13500 bildirçin yumurtası alınır, hər 10 dənəsi 20 rubldan satılır. Nəticə: Bildirçin yumurtalarının satışından 30000 rubldan çox qazanc götürmək olar. Əlbəttə ki bu məbləğ birbaşa quşların sayından aslı olaraq dəyişir. Həm də bildirçinlərin peyinini də satıb ən azı 2000 rubl gəlir götürmək olar. Bildirçinlər adətən 5 ay yumurta verirlər. Bu perioddan sonra onları ət kimi satmaq olar. Bu həm də sizin aylıq gəlirinizi artıracaq. Bildirçin əti qiymətli məhsuldur.
Deləliklə bildirçin biznesinə qoyduğunuz ilkin kapital 50000 rubldan çox olmur, 2-3 ay ərzində bu məbləği çıxarmaq olar. Satışların intensiv olması və aylıq xərclərin azlığı bu biznesi belə cəlbedici edir.