Qubada Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək

Date:

Paylaş:

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 1,7 hektar ərazidə yeni növ ərik bağı salınıb.

Ərik bağında Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır. Bağ sahəsində 5×4 və 4×2.5 sxemlərində 630 ədəd ting əkilib.

Təsərrüfatda ağacların suvarılmasını həyata keçirmək üçün damcı suvarma üsulu tətbiq olunacaq. Bu da tinglərin lazım olan qədər su, həm də dərman və gübrələrlə təmin olunmasını asanlaşdıracaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...