Fast Company xəbər verir ki, Qualcomm-un millimetr diapazonunda rabitə üçün olan QTM 525 antena modulunun ölçüsü Apple şirkətini qane etmədiyindən şirkət öz 5G antenalarını hazırlamaq qərarına gəlib.
Qeyd edək ki, Apple 2020-ci il iPhone-larında Qualcomm X55 5G-modemini quraşdırmağa razıdır , amma mmWave üçün özününkünü hazırlamaq istəyir.
QTM 525-dən istifadə şirkətə nəinki istədiyindən daha qalın smartfonlar istehsal etməyə imkan verir, həm də ondan istifadə özününkindən daha ucuz başa gələcək. Hələ ki şirkət dəqiq qərar qəbul etməyib, ona görə də, Kupertinoda hər iki 5G versiyası (öz anteları ilə və Qualcomm antenaları ilə) təchiz olunmuş iPhone prototipləri hazılanır.