Adi kabel belə qara silindrli kabeldən nə iləsə fəqlənirmi?
Hər birimiz yəqin ki, dəfələrlə USB və HDMI kabellərin sonluqlarında onlara rast gəlmişik. Bəs qoşucu tellərdəki bu silindrlər nədir? Cavab – ferrit filtrləri. Onlar nədir və nə üçün lazımdır?
Ferrofiltrlər: kabel olaraq “ buxar buraxırlar”
Kabelin sonundakı silindr ferrit hissəcikləri doldurulmuşdur.Öz unikal xüsusiyyətləri sayəsində bu maddə elektromaqnit sahəni tutmağa və onu sonra dağılan bir istiliyə çevirməyə qadirdir.
Bu yolla, ferrofiltr kabeldə yaranan artıq elektromaqnit sahəni aradan qaldırır. Bu isə öz növbəsində kabeldə səs maneələrini aradan qaldırır və elekrtik siqnalların keyfiyyətini artırır – bu, məlumatları stabil şəkildə ötürülməsi üçün çox vacibdir.
Buna görə də, ferrit filtrləri USB və HDMI kabellərinin də aid olduğu bütün data-kabellərdə qurulur.
Ferrit filtri çıxarsaq nə baş verər?
Əgər sadə bir maraq ucundan siz kabeldən ferrit silindri çıxartsaz, o zaman siqnalın keyfiyyəti azalacaq. Kabeldə səs maneələri aradan qalxmasa məlumatlar itə bilər.
Məsələn, televizora HDMI kabeli vasitəsilə ötürülən video yoxa çıxacaq.Lakin yalnız o halda ki, əgər ferrofiltr kabelin səslərdən yeganə qoruyucusudursa. Bu, köhnə və ya baha olmayan kabellər ( yəni silindrin təbii olaraq rast gəlindiyi kabellər) üçün adi bir haldır.
Daha keyfiyyətli kabellər ( məsələn, smartfonla birlikdə verilən orijinal USB ) ekranlaşma vasitəsilə qorunurlar. Kabelin daxilində mis tel xüsusi örtüklə təchiz olunub və səs ekranı rolunu oynayır.
Ferrit filtrini taxsaq nə baş verər?
Kabellər üçün ferrofiltrlər ehtiyyat hissələri kimi çox uğurla satılır. Belə birisini özünüzə ala və onu kabelə, siqnalı artırmağa köməkçi element kimi keçirdə bilərsiz.
Lakin fakt olaraq, siz nəzəçarpan yaxşılaşmanı görməyə bilərsiz. Əgər kabel ekranlaşdırılmışdırsa, o yenə də siqnalı minimum maneə ilə ötürəcək. Ona görə də, ferrit silindrin taxılmasının o zaman mənası var ki, əgər kabel məlumatların ötürülməsi anında olan maneələrə müdaxilə edə bilir. Yeri gəlmişkən, ferrofiltri təkcə data-kabellərə deyil, digər, məsələn, şəbəkə kabellərinə də taxmaq mümkündür.
Noutbukdan HDMI-kabelin qoşulduğu televizorda gedən filmin izlənilməsi zamanı mənzərə ya “görünmür” ya da itir, ferrofiltri quraşdırıb yoxlamq olar. Qaydası üzrə bununla problem həll olunur.