Qlobal smartfonlar bazarının yarısına cəmi üç şirkət nəzarət edir

Date:

Paylaş:

“Counterpoint Technology Market Research” şirkəti 2019-cu ilin üçüncü rübünün qlobal smartfonlar bazarının statistikasını açıqlayıb.

Qiymətləndirmələrə görə, iyul ayından sentyabr ayına qədər dünya miqyasında 380,0 milyon “ağıllı” smartfon istehsal olunub. Bir il əvvəl bu rəqəm 379,8 milyon ədəd təşkil etmişdir.

Beləliklə, sənayenin həcmi demək olar ki, dəyişməz olaraq qalıb. “Samsung” şirkəti lider mövqeyini qoruyub saxlayıb: rüb ərzində Cənubi Koreya nəhəngi 78,2 milyon smartfon sataraq, dünya bazarının 21%-ni tutmuşdur. İkinci yerdə Çinin “Huawei” (66,8 milyon, 18%), üçüncü yerdə isə Amerikanın “Apple” (44,8 milyon, 12%) şirkəti dayanır.

Məlum olub ki, qlobal smartfonlar bazarını bu üç şirkət idarə edir. Əsas tədarükçülərə isə “OPPO”, “Xiaomi”, “Vivo” və “Realme” (9%, 8%, 8%, və 3% müvafiq olaraq) şirkətləri daxildir. Xatırladaq ki, daha əvvəl “Apple” in smartfonlar satışında ikinci yerdən uzaqlaşdırıldığı bildirilmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...