Yeni böyümə qaynaqları əldə etmək üçün şirkətlər noyabrın 25-də təxminən 70 mlrd dollarlıq satın alma və ya birləşmə həyata keçiriblər.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, investorlara aşağı komissiyalı broker xidmətləri təmin edən “Charles Schwab”, Fransanın lüks şirkəti “LVMH”, İsveçrənin əczaçılıq nəhəngi “Novartis” və Yaponiyanın “Mitsubishi” kimi şirkətləri rəqiblərini satın alaraq öz sektorlarındakı gücünü daha da artırıblar.
Xatırladaq ki, lüks pərakəndə satış nəhəngi “Louis Vuitton” lüks zərgərlik şirkəti “Tiffany”i 16,2 mlrd dollara, “Charles Schwab” rəqibi online komissiya saytı “TD Ameritrade” 26 mlrd dollara, dərman şirkəti “Novartis”in biotexnologiya şirkəti “Medicines”i 9,7 mlrd dollara, “Mitsubishi Group” Niderlandın “Eneco” şirkətini 4,1 mlrd dollara, “Viagogo” “Ebay”ın bilet satış xıdməti “StubHub”ı 4,1 mlrd dollara satın alıb.