Qlobal moda dünyasında bir həyat tərzi markası: Mavi

0
928

1991-ci ildə İstanbulda qurulan Mavi, Qlobal moda dünyasında bir həyat tərzi markası olaraq tanınır

Gücünü Jeans (denim) köklərindən alan Mavi, beynəlxalq hazır geyim və aksesuar markasına çevrilərək üstün keyfiyyətli məhsullarını “perfect fit” fəlsəfəsiylə irəliyə daşımağa davam edir. Perfect Fit, müştəri ehtiyaclarını anlama, yaxından izləmə və müştəriyə qiymətinə layiq məhsullar təqdim etməyə imkan yaradır.

1996-ci ildə beynəlxalq səfərini başladan Mavi, bu gün Türkiyədən əlavə Amerika, Kanada, Almaniya, Rusiya və Avstraliya başda olmaq üzrə fəaliyyətlərini davam etdirir. Dünyanın 35 ölkəsinə yayılmış təxminən 5500 satış nöqtəsi və 392 Mavi mağazasında 2016-cı ildə 7,5 milyon jeans məhsulu satıb. Mavi, Türkiyədə də 2008-ci ildən bəri davam etdirdiyi pərakənde böyümə stratejisiyle 261-i özünə aid olan 331 mağazası vardır. Bu gün dünya daxilində Mavi-nin 3340 bacarıqlı və işinə bağlı işçisi var.

Qlobal reklam kampaniyalarında Adriana Lima, Elsa Hosk, Barbara Palvin və Lucky Blue Smith kimi məşhur modellərlə əməkdaşlıq edən Mavi, ən güclü bazarı olan Türkiyədə də Kıvanç Tatlıtuğ kimi ən qabaqda gedən adlarla çalışır. 2016-cı ilin məlumatlarına görə sosial mediada 3,3 milyon izləyiciyə sahib olmuşdur. Mavi, yenilikçi CRM vasitələri inkişaf etdirərək müştərilərini hər kəsdən daha yaxşı anlaya, ən yeni trend və məhsulları onlara hər kəsdən daha əvvəl təqdim edə bilmə bacarığındadır. Müştəri məmnuniyyəti proqramı ilə yalnız 2016 –cı ildə, Mavi-nin 65%-i gənclərdən ibarət bir milyondan çox yeni müştərisi olub.

Mavi-nin qlobal bazarda güclü və etibarlı bir marka mövqeyinə sahib olduğunu göstərən amillər, 2016-ci ildə edilən ümumi 7,5 milyon satışların 1,65 milyonu ABŞ, Kanada, Avropada reallaşmasıdır. Qlobal paylaşım platforması, xaricdəki 61 Mavi mağazasından əlavə Bloomingdale`s, Nordstrom, Peek & Cloppenburg, Simons, David Jones, Zappos.com, Amazon və Zalando.com kimi topdan və online satış tərəfdaşları vardır.

©fins