Qlobal daşınan elektronika tədarükünün həcmi 2023-cü ilə 239 milyona yaxınlaşacaq

Date:

Paylaş:

“Berg Insight” tədqiqat şirkətinin proqnozuna görə, yaxın 5 ildə internetə çıxış imkanına malik qlobal daşınan elektronika tədarükünün həcmi ildə orta hesabla 15,4% artaraq 2023-cü ilə 239 milyona yaxınlaşacaq. Həmçinin mütəxəssislərin qiymətləndirməsinə görə, 2018-ci ildə qlobal bazara ümumilikdə 116,8 milyon “ağıllı” saat, “ağıllı” eynək, fitnes trekerlər, “ağıllı” geyim, fərdi tibb qurğuları və başqa daşınan elektronika növləri tədarük edilib.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2023-cü ilədək təxminən 67,7 milyon daşınan qurğu mobil rabitə texnologiyasını dəstəkləyəcək. Bu funksiya daha çox “ağıllı” saat və tibbi qurğular seqmentində geniş yayılacaq.
 
Hazırda fitnes trekerlər daşınan elektronikanın ən böyük kateqoriyası hesab edilir. “Berg Insight”in məlumatına görə, 2018-ci ildə istehsalçılar ümumilikdə 65 milyon belə cihaz tədarük ediblər. Populyar “Mi Band” trekerlərini istehsal edən Çinin “Xiaomi” şirkəti ən böyük tədarükçü olub.
 
Fiziki aktivlik və sağlamlıq göstəricilərinin izlənilməsi funksiyası nəzərdə tutulmuş əksər “ağıllı” saatlar fitnes trekerlərlə rəqabət aparırlar. Gözləntilərə görə, 2021-ci ilədək internetə çıxış imkanına malik daşınan elektronika bazarında “ağıllı” saatlar birinciliyi ələ keçirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...