Çox güman ki, bu smartfon tək sayda hazırlanıb.
Donnie Yen – çinli aktyor, rejissor, prodüser və döyüş səhnələrinin təşkilatçısıdır.
“Gold Elite Paris” şirkəti aktyor üçün qızıldan hazırlanmış Huawei P30 Pro smartfonunu istehsal edib. Smartfonun arxa paneli üzərində “Donnie” yazısı var.


Telefonun qiyməti məlum deyil, lakin istehsalçının analoji iPhone X modelinin qiyməti təqribən 6 min dollar təşkil edir.
Çox güman ki, model tək sayda hazırlanıb, çünki şirkətin rəsmi saytında belə bir smartfon yoxdur.