“Qiwi” “Əl əməyi ilə işləyənlərin ödənişi” xidmətini istifadəyə verib. Onun köməyi ilə şirkətlər əl əməyi ilə məşğul olan barədə məlumatları yoxlaya və yerinə yetirdiyi xidmətlərə görə ona pul köçürə bilərlər.
Xidmət bütün Rusiya ərazisində fəaliyyət göstərməyə başlayıb. Şirkətlər işçilərə pulları bank kartına və ya “Qiwi cüzdan”a köçürə bilərlər. Ödənişdən sonra işçi qəbz alır və onu sistem özü şirkətlərə çatdırır.
Saytda deyilir ki, köçürmə zamanı ximdət minimal komissiya tələb edir və onun məbləği bir neçə faktordan asılıdır: biznesin fəaliyyət sahəsi, ödəniş edəcəyi əl əməyi ilə məşğul olanların sayı və ümumi ödəniş dövriyyəsi.
Qeyd edək ki, xidmət işləyənləri artıq qeydiyyata almağa başlayıb.