Qısa zamanda kiçik biznes böyük biznesə necə çevrilir?

0
972
kiçik biznes

Bəzi kiçik bizneslər vardır ki qısa zamanda çox böyük nəaliyyətlər əldə edərək, bazarın böyük bir hissəsini ələ keçirə bilir. Qısa zamanda kiçik şirkətlərin böyük şirkətlərə çüvrilə bilməsi üçün həqiqtən böyük səbərlər vardır. bu səbəblərdən bəzilərini açıqlayıram.

1. Sərmayə böyüklüyü

Biznesə başlayarkən sərmayə nə qədər çoxdursa və sərmayə geridönüşü nə qədər sürətlidirsə şirkət o qədər qısa zamanda böyüyəcəkdir. Sərmayə çoxdursa daha iri həcmli işlər, daha keyfiyyətli işlər və işlərin iri həcmli olduğu üçün daha ucuza məhsul təklif etmək kimi üstünlüklər qısa bir zamanda böyüməyə dəstək verən amillərdəndir.

2. Biznes iradəsi güclü olan bir lider

Bu işləri idarə edə biləcək, lazımı zaamnda lazımı addımları ata biləcək və şirkəti çıxılmaz vəziyyətdən çıxara biləcək bir liderə daima şirkətin ehtiyacı vardır.

3. Professional kadrlar

Personalları seçərkən diqqətli olmaq şərtdir. Ən yaxşılarını seçmək və daha da yetişdirmək lazımdır. Yaxşı ödəniş etmək və onlardan yaxşı işlər çıxartmalarını tələb etmək gərəklidir. Əslində yaxşı işçi özü bilir nə etmək lazımdır. Həm də yaxşı işçi şirkətin az vaxtını itirəcək.

4. Düzgün plan və strategiya

Hər bir şirkətə qısa bir zamanda yaxşı nəticə əldə etməsi üçün yaxşı bir plan və strategiyaya gərəklidir. Bu plan və strategiya doğrultusunda düzgün atılan addımlar, şirkəti uğura aparacaqdır.

5. Vizyon

Şirkətin bir vizyonu olmalıdır. Hədəflərin nə olduğu, nə qədəri gedildiyi və nə qədəri qaldığı davamlı olaraq analiz edilmədir. Əks halda nə üçün çalışıldığını heç bir işçi bilməyəcəkdir.

6. Bazar analziləri

Davamlı olaraq rəqiblər analiz olunmalı və ona uyğun addımlar atılmalıdır.  Bundan əlavə olaraq bazar bir ay belə olsun gözdən buraxılmamalı və davamlı analiz edilməlidir ki, bazarda bütün yeniliklər göz qarşısında olsun. Müştərilərin fikirləri və qərarları davamlı olaraq araşdırılmalıdır.

7. Tam struktur

Şirkət strukturunda boşluqlar olmamalıdır. Əks halda departamenlərdə kommunikasiya zəifliyi olacaqdır ki bu da şirkətə mənfi təsir edir. Bunun üçün strukturu davamlı nəzarətdə olan şirkətlər, bizneslər qısa bir zamanda öz nəticələrini ortaya qoymaqda və bazardan yaxşı feedbacklər almaqdadırlar.

Cavidabasov.com