Əsas səhifə Biznes Qısa müddətdə proqramlaşdırma öyrənmək onu milyarder etdi

Qısa müddətdə proqramlaşdırma öyrənmək onu milyarder etdi

1636
Paylaş

Mark Zukerberq tez-tez etdiyi çıxışlarda facebookun yaranma hekayəsindən danışır və gənclər üçün ilham mənbəyi olur. Bu cəsarətləndirici hekayələrdən biri də Facebookun qurucu üzvlərindən biri olan Dustin Moskovitzlə bağlıdır.

Dustin Moskovitz və Mark Zuckerberg

Facebook ilk yarandığı dövrdə yalnız Harvard universitetinin tələbələri qeydiyyatdan keçə bilirdilər. Bir neçə gün içində minlərlə insan saytda qeydiyyat keçir. Sayt çox bəyənildiyi üçün digər universitet tələbələri də sayta qoşulmaq istəyirlər. Zukerberq işləri tək başına çatdıra bilməyəcəyi üçün dostu Dustin Moskovitzlə birlikdə işləməyə başlayır. Ancaq bir problem var idi ki, sayt php dilində yazılmışdı. Dustin isə yalnız perl dilində bilirdi.

İşin tərsliyindən Moskovitz də həmin dövrdə saytın PERL dilində yazıldığını hesab edird və həftə sonları PERL for Dummies adlı kitab oxuyurdu. O, Zukerberqə mən artıq kodlaşdırmaya hazıram dediyində Mark kədərli xəbəri dostuna verir : “Dostum sayt PERL yox Php dilində yığılır.”

Bəs Dustin bu iş birliyindən imtina edirmi? Xeyr. Moskovitz, C proqram dilini bilən biri olaraq, bu dəfə PHP öyrənir, həm də yalnız bir neçə gündə və sonra işə başlayır. Daha sonra, hər ikisi də Harvarddan qovulur və Kaliforniyaya köçürlər. Bundan sonrasını da hamımız bilirik.

Moskovitz 2008-ci ildə Asana’nı yaratmaq üçün Facebookdan ayrılmışdı. Ancaq facebookun birjaya daxil olmasından sonra milyonçu oldu. 2011-ci ildə Forbes jurnalı tərəfindən öz hesabına milyonçu olan ən gənc insan kimi seçildi.

Hazırda onun 10.8 milyard dollar sərvəti var.