Qış tətilini keçirmək üçün ən yaxşı 10 Avropa şəhəri

Date:

Paylaş:

Brügge – Belçika


Şəhərin işıqları, klassik musiqisi və memarlıq abidələri ilə seçilən bu şəhərə kiçik Venesiya da demək olar. Bir çox insanın qış tətilini keçirmək üçün arzuladığı şəhərlərdəndir ancaq qiymətlər bir qədər bahadır. Bu şəhərlə yaxından tanış olmaq üçün Colin Farrellin baş rol oynadığı In Bruges filmini izləyə bilərsiniz.

Halstat – Avstriya


Şəkilləri belə insana rahatlıq verən bir şəhər: Hallstatt. Avstriyanın Unesco tərəfindən qorunan kiçik bir şəhəri. 1000-ə yaxın əhalisi olan bu cənnət məkan sakitliyi ilə fərqlənir.

Burada təbiət gəzintiləri etməkdən, mənzərə seyretməkdən, göllərdən çıxan balıqları yeməkdən, şəkil çəkməkdən başqa edəcək bir şey yoxdur. Onsuz da sakit bir tətil üçün bundan çoxunu gözləmək də olmaz.

Praqa – Çexiya

Belə bir deyiim var ki, Praqaya gedəcəksinizsə qışda gedin. Parizska Prospektində isti bir qəhvə içmək, Petrdən damları qarla örtülmüş şəhəri izləmək, Charles körpüsündən sürüşkən daşlarda yıxılmadan gəzmək və yenə bu köhnə şəhərə üstdən baxa bilmək üçün Astronomik Saat Qülləsinə çıxmaq sizə unudulmaz anlar yaşada bilər. Ancaq unutmayın ki, Praqa hətta yayda da soyuq olur. Qışın necə soyuq keçdiyini özünüz təsəvvür edin artıq.

Tallin – Estoniya


Estoniyanın paytaxtı və Brügge kimi şirin, surlarla və qüllələrlə əhatəli olan bir orta əsr şəhəri. Hallstatt kimi bu şəhər də Unesco tərəfindən qorunur. Burada elə də yorucu bir tətil keçirməyəcəksiniz. Şəhərə yuxarıdan baxmaq üçün Toompea Təpəsinə çıxa bilər, Alban daşı küçələrində gəzə bilər, tarixi qoxusunu özündə əks etdirən evlərin qarşısında fotoşəkil çəkdirə, möhtəşəm parklarında istirahət edə bilərsiniz.

Kopenhagen – Danimarka


Qış tətili deyilirsə Skandinaviya ölkələrini unutmaq olmaz! Danimarkanın paytaxtı olan Kopenhagenə festivallar şəhəri də deyə bilərik. Hər ay mütləq bir festival keçirilir. Buna görə getməzdən əvvəl yaxşıca bir araşdırın. Bəlkə Jazz, Irish, Pivə ya da Kukla Festivalına rast gələ bilərsiniz.

Nihavn bölgəsində möhtəşəm gəzintilər etməklə yanaşı kanalda gəmi turuna da çıxa bilərsiniz. Bu tur əsnasında şəhərin simvolu olan Dəniz qızı heykəlini görmək mümkündür.

Amsterdam – Hollandiya


Hamımız qış tətili üçün Amsterdama gedən bir çox insan tanıyırıq. Bu şəhər daha çox sənət abidələri ilə ön plana çıxır. Rembrandtın evini, Amsterdam muzeyini, Anne Frankın evini, Van Qoq muzeyini və müxtəlif muzeyləri ziyarət edə biləcəyiniz bir şəhərdir. Unutmayın bu şəhəri ziyarət edəcəksinizsə soyuğa da hazır olun!

Salzburq – Avstriya


Avstriyanın 4-cü böyük şəhəri. Digər böyük bir xüsusiyyəti isə Mozartın doğum yeri olmasıdır. Mozart bir çox bəstəsini burada edib. Bu şəhərdə ən çox görəcəyiniz abidələr saraylar ola bilər. Mirabell sarayı, Aigen sarayı, Arenberg sarayı və s. Bundan başqa Salzburg qalası və Motsartın evi də var. Barok arxitekturanın ən gözəl nümunələrinə burada rast gələ bilərsiniz.

Edinburq – Şotlandiya

Bu gözəl şəhər də Şotlandiyanın paytaxtıdır. Malikanələri ilə, saraylarıyla, abidə və heykəlləri ilə bu şəhər sanki turistləri özünə ovsunlayır.

Bu şəhərə getsəniz bəzi şeyləri etmədən geri qayıtmayın: Heç bir zaman fəth edilməyən Edinburq qalasını və Holyrood Palacı ziyarət edin.

Pivə ənənələrini önə çıxarmaq üçün şəhərin hər küncündə irili xırdalı publar var.

Stokholm – İsveç

Demək olar ki bu siyahıdakı ən bahalı şəhər Stokholmdur. Ona görə bu şəhərə getməzdən əvvəl bir qədər düşünün. Əgər alış-veriş etməyi və qəşəng yerlərdə yeyib içməyi sevirsinizsə Östermalm bölgəsinə gedə bilərsiniz. Burada həm də küçələrdə kəşfə çıxa bilər, bir-birindən maraqlı dizaynlı dükanlara rast gələ bilərsiniz.

Sürix – İsveçrə

Qışı çox cazibədar görünən bu şəhərə  ”Qüsursuzluğun paytaxtı ” da deyirlər. Küçələri hər zaman təmizdir. Şəhərin səs-küyündən uzaqda bir az daha dinclik tapmaq istəsəniz, BELVOIR Park sizin üçün əlverişli ola bilər. Sürixə yuxarıdan baxmaq üçün Uetliberqə qalxa bilərsiniz.

Avropanın digər ölkələrinə görə yadda qalan ləzzətli yeməkləri yoxdur. Kartof yeməyi Rost, fondue və sosiska ən çox yeyilən qidalar arasındadır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...