Amerikanın ədviyyat və sos istehsalçısı “Mccormick & Co Inc” təxminən 4.2 milyard dollar qarşılığında, illik dövriyyəsi 10 milyard dolları aşan İngiltərənin istehlak malları nəhəngi “Reckitt Benckiser”in ərzaq hissəsi “RB Foods”u satın alıb.
“Marja” xəbər verir ki, “RB Foods” keçən il 536 milyon dollarlıq xalis satış edib.
Səhiyyə, gigiyena, təmizlik sahəsində “Calgon”, “Durex, “Veet”, “Strepsils”, “Nurofen”, “Airwick” kimi bir çox tanınan brendə sahib olan “Reckitt Benckiser” şirkəti, eyni zamanda “RB Foods” vasitəsilə ketçup, xardal başda olmaq üzrə müxtəlif souslar istehsal edir.
“Mccormick”, xüsusilə acı sous kateqoriyasında sağlam inkişaf trendinin davam edəcəyini düşünərək “RB Foods”u satın alıb.
Beləliklə,”Mccormick”, ingilislərin “French’s”, “Frank’s”, “Cattlemens” kimi markaları öz tərkibinə qatacaq.