Əsas səhifə Məqalələr Fərdi inkişaf Qeyri-adi ideyalarla varlanan insanlar

Qeyri-adi ideyalarla varlanan insanlar

3733
Paylaş
biznes ideyalari

Gündəlik həyatımızda tez-tez danışdığımız qeyri-adi mövzular , bəzən internetdə uğur qazanar və sizi də dünyanın qeyri-adi zənginlərindən biri edə bilər. “Boş şeydir” deməyin çünki bu yollarla varlananlar var.

Million Dollar Homepage

Alex Tew adında bir gənc yaxşı ideyam var deyib işə başlayır. Tək bir səhifədə 1,000,000 ədəd pixel formatlı reklam qutuları yerləşdirir və hər pixellik yeri cəmi 1 dollardan satır. Nəticədə Alex Tew, 4 ay ərzində 1.037.100 dollar qazanır.

Santamail.org

Bir növ poçt şirkəti kimi çalışan bu sayt, istifadəçilərə qütblərdən yeni il təbrik kartlarını sevdiklərinə göndərmə imkanı yaradır. Uşaqlarınız üçün xüsusi bir kart hazırlayırsınız, uşağınızın ünvanını yazırsınız, 10$ da ödəniş edirsiniz, yeni ildə kart qütbdən şaxta baba yazmış kimi uşağınıza çatdırılır. SantaMail.org 200,000-dən çox poçt sifarişi alıb və göndərib.

Doggles.com

İtlər üçün  ağla gələn, gəlməyən xırda-xuruş aksesuar satan bu sayt, sahibinə milyonlar qazandıran bir proyektə çevrilib.

LaserMonks

Qeyri-adi olan bu layihə, ABŞda Madison şəhərinin Monroe qəsəbəsində olan 8 monastır üzvü, əl-ələ verərək rəqəmsal fax və kartric satır. Onların gəlirləri 2005-ci ildə 2.5 milyon dollar olub.

FitDeck

Qeyri-adi oyun kartları hazırlayaraq online satmaqla Navy SEAL ildə 4.7 milyon $ qazanır.

PositivesDating.com

Normal yoldaşlıq saytıdır amma digərlərindən birazca fərqlənir. Bütün istifadəçiləri HIV virusu daşıyır. Bu sayt, HIV testlərindən positiv nəticə alanların onlayn yoldaşlıq saytıdır. İnanılmazdır amma bu sayt sahibinə ildə 110,000 $ qazandırır.

Designer Diaper Bags

34 yaşındakı bir evdar xanım əl işi olan çantaları saytında satır və 2005-ci ildən bu yana 180,000 $ qazanır.

Lucky Wishbone Co.

Adi sümüyün ticarətini etmək kimin ağlına gələrdi. Hətta bu əsl sümük olmasa belə.. Ken Ahroni bu işi edir, 2005-ci ildən bu yana mərc sümükləri satır və ildə 1 milyon $ qazanır.