Metal tədarükü məntəqəsinə qara metal qırıntılarını təqdim edən və vergi orqanlarında qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?Fins.az-ın məlumatına görə. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların, o cümlədən əlvan və qara metal qırıntılarının təqdim edilməsinə görə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergini dövlət büdcəsinə ödəyirlər.Əsas: Vergi Məcəlləsi, 150.1.14-cü maddə
Qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?
Date:
Paylaş: