Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?

Qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?

175
Paylaş

Metal tədarükü məntəqəsinə qara metal qırıntılarını təqdim edən və vergi orqanlarında qeydiyyatda olmayan fiziki şəxsin gəlirindən vergi necə tutulur?Fins.az-ın məlumatına görə. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların, o cümlədən əlvan və qara metal qırıntılarının təqdim edilməsinə görə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergini dövlət büdcəsinə ödəyirlər.Əsas: Vergi Məcəlləsi, 150.1.14-cü maddə