Qazaxıstanda ölkənin adının dəyişdirilməsi təklif edilib

Date:

Paylaş:

Qazaxıstanda iqtidaryönümlü Ak Yol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.

Bu barədə “Bizplus.az” “Report”-un “Tengrinews.kz” portalına istinadən yaydığı xəbərdə bildirir.

“2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Yol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir”, – deputat müraciətində deyib.

O, ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.

“Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır”, – o bildirib.

Siyasətçi “Qazax Respublikası” adının artıq formalaşmış “Qazaxıstan” ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...