Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Qazaxıstan şirkəti Azərbaycan təbii qazı nəql etmək fikrindədir

Qazaxıstan şirkəti Azərbaycan təbii qazı nəql etmək fikrindədir

24

“Qazaxıstanın “Kaztransgas” şirkəti mayeləşdirilmiş qazın tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazırdır”.

Bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.

Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi – “SOCAR Trading” 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.

O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.

Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here