Əsas səhifə Biznes sahələri Texnologiya “Qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycanın Amazonunu yaradaq”

“Qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycanın Amazonunu yaradaq”

2335
Paylaş

Azərbaycanda yeni online ticarət saytı fəaliyyətə başlayıb. Təsisçi Mübariz Hacımuradov sayt haqqında saytımıza məlumat verib:

İkitacir.com ideyası ölkədə onlayn ticarət bazarının boş olmasından yarandı. (ikitacir.com yaradılmazdan əvvəl və indi eyni bazara daxil olmağa çalışan staruplar olub. Lakin bu bazarın çox həssas olması səbəbindən uğursuz olublar.) Layihənin ərsəyə gəlməyinə 1000 manat vəsaitlə nail olmuşuq. Biz qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycanın Amazonunu yaradaq, bütün növ məhsulların 10-30% daha ucuz qiymətə onlayn satışını və sifarişlərin 1 gün ərzində çatdırılmasını təmin edək. Hazırda saytda saatlar bazar qiymətindən 50% daha ucuzdur, hətta Aliexpress, Ebay belə bizdən baha satır. Çatdırılma isə 1 günə və pulsuzdur. Digər kateqoriyalarda olan məhsulların da tezliklə saytda satışını təmin etmək üçün çalışırıq. Layihənin uğurlu olacağına inanıram.”