Qarajda yaranan milyard dollarlıq şirkətlər

Date:

Paylaş:

Google

milyard dollarlıq şirkətlər

Sergey BrinLarry Page dünyanın ən böyük şirkətlərindən biri olan Google’u Kaliforniyada kiçik bir qarajda qurublar. Qaraja ayda 1500 dollar kirayə haqqı verirdilər və 5 ay ərzində orada qaldılar. Bu müddət ərzində googleun strukturunu yaratmışdılar. Qaraj daha sonra google tərəfindən satın alındı/ Çünki şirkətin tarixində özəl bir yeri var idi.

Microsoft

milyard dollarlıq şirkətlər

Paul Allen Bill Gateslə birlikdə Microsoftu qurmaq üçün universiteti yarıda buraxdılar. İlk ofisləri balaca bir qaraj idi. Qaraj o qədər kiçik idiki yalnız iki nəfər orada çalışa bilirdi. Qaraj Bill Gatesin ailəsinə məxsus olduğu üçün heç bir kirayə ödəmirdilər. Ancaq bu qaraj Microsoft kimi nəhəng bir şirkətin təməlini qoydu.

Apple

milyard dollarlıq şirkətlər

1976-cı ildə Steve Jobs, Ronald Wayne ve Steve Wozniak komputer işinə girməyə qərar verdilər. Evin boş bir otağından başlayıb daha sonra qaraja keçdilər. Sonrası hamıya məlumdur. Nəhəng Appleın təməli həmin qarajda qoyuldu.

Amazon

milyard dollarlıq şirkətlər

Jeff Bezos HP kompyuterlərinin qarajda yaranmasından çox təsirlənmişdi. Bu səbəblə o da eyni addımı atmaq qərarına gəldi. 1994-cü ildə öz qarajında internet vasitəsilə kitab satmaq qərarına gəldi. İlk satışı qurulduqdan 1 il sonra oldu. Hazırda demək olar ki hər bir şeyin satıldığı amazon beləcə yarandı.

Dell

milyard dollarlıq şirkətlər

1984-cü ildə Dellin cəmi 1000 dollar büdcəsi var idi və kompyuterlərə marağı böyük idi. Buna görə Pcs Limited adlı şirkət yaratdı. İlk ofisi kiçik bir qaraj idi. Qarajda müştərilər üçün kompyuter yığırdı. Hazırda Dell dünyanın ən böyük şirkətlərindən biridir.

Hewlett-Packard (HP)

milyard dollarlıq şirkətlər

Bill Hewlett ve Dave Packard adında iki dost HP markasını kiçik qarajda və 538 dollarlıq sərmayə ilə yaratdılar. ABŞda Kaliforniyada Palo Altoda yerləşən qaraj, HP’nin ve Silikon Vadisi’nin yaranmasında böyük rol oynadı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...