“Qara Cümə”də 7,4 milyard dollarlıq rekord!

Date:

Paylaş:

ABŞ-da “Black Friday” adlandırılan “Qara Cümə” endirim günündə, ölkədəki istehlakçılar 7,4 milyard dollarlıq onlayn alış-veriş edərək rekordu yeniləyiblər.

“Bizplus.az” xəbər verir ki, Amerika mediasında yer alan və “Adobe Analytics” tərəfindən toplanmış rəqəmlərə görə, bu ilki “Qara Cümə” rekordla bağlanıb və 7,4 milyard dollar olmaqla bütün zamanların ən yüksək onlayn satış rəqəminə çatılıb.

“Adobe Analytics”in rəqəmlərinə görə, bu ilki onlayn alış-veriş həcmi ötən ilin eyni günü ilə müqayisədə 20% artıb. Yalnız cümə günkü bütün onlayn sifarişlərin 39%-i cib telefonları üçün verilib.

KİBER BAZAR ERTƏSİ

“Qara Cümə”nin ardından 2 dekabrdakı “Kiber Bazar ertəsi” (Cyber Monday) günündə də 9,4 milyard dollarlıq onlayn satış rəqəmi ilə yeni bir rekordun qırılması gözlənilir. Keçən il “Kiber Bazar ertəsi”ndə 7,9 milyard dollarlıq onlayn satış qeydə alınmışdı.

ABŞ-da hər il noyabrın əvvəlindən dekabr sonuna qədər davam edən və “Minnətdarlıq Günü (Thanksgiving Day)”, “Qara Cümə” (Black Friday), “Kiçik Bizneslər Şənbəsi (Small Business Saturday)”, “Kiber Bazar ertəsi (Cyber Monday)”, “Milad” (Christmas)  və Yeni il Gününü (New Year’s Day) əhatə edən tətil mövsümündə bu il təxminən 730 milyard dollarlıq pərakəndə satış gözlənildiyi bildirilmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...