Business İnsider yazır ki, qadınlar tərəfindən yaradılan amerikan startapları 2019-cu il veçur səhmlər üzrə rekord göstəriciyə çatıblar. Buna görə onlar ölkədə başlanğıc maliyyələşmənin 2,9%-ni əldə edirlər.
2019-cu ilin birinci yarısında xanım startapçılar 1,9 milyard dollar cəlb ediblər. 2018-ci ildə bu göstərici 2,3 milyard dollar olub. Ondan əvvəlki il isə 2 milyard dollar təşkil edib.
Sorğu onu göstərib ki, səhmlərin çoxunun Silikon vadisində cəmlənməsinə baxmayaraq, qadın-yaradıcılar çox böyük uğurla Nyu-Yorkda, Bostonda və Los-Angelesdə işləyərək də səhmlər cəlb edirlər. Hal-hazırda Amerikanın vençur şirkətlərində qadınlar rəhbər vəzifələrin 10%-ni icra edirlər. ABŞ-ın vençur firmlarının 74%-də isə qadın-səhmdarlar yoxdur.
İnc. bildirib ki, qadınlar tərəfindən yaradılan startaplar daha çox gəlir əldə edirlər nəinki kişilər tərəfindən yaradılan şirkətlər. Bu qənaətə Boston Consulting Group konsaltinq şirkətinin və MassChallenge akseleratorlar şəbəkəsinin analitikləri gəliblər. Ekspertlər MassChallenge proqramında iştirak edən 350 şirkətin məlumatlarından istifadə ediblər. Seçimə qatılan 92 şirkətdən hər bir startapın yaradıcısı sayına bir qadın daxil edilib. Beş il ərzində yardıcılar arasında qadınların olduğu şirkətlərin gəliri kişi yaradıcıların strataplarının nəticələrindən 10% çox olub.