Profesional və sosial “Elpha” şəbəkəsi seed raundunda 1,1 mln. dollar cəlb edib. TechCrunch xəbər verir ki, bu şəbəkə texnologiyalar sahəsində çalışan qadınlara iş tapmaq və təcrübələrini bölüşmək imkanı yaradır.
“Elpha” saytı hələ ki ancaq texniki işçilər üçün nəzərdə tutulub. Amma şirkətin qurucusu Cadran Cowansage ümid edir ki, “Elpha” təkcə texnologiyadan deyil, media, elm və tibb sahəsindən olan qadınları da bir araya gətirəcək.
“Qadınlar üçün LinkedIn”-ə abunəlik şirkətlərə ildə 12 min dollara başa gəlir. Hal-hazırda şirkətin 20 ödəyici müştərisi var, onların çoxu startaplardır.