Əsas səhifə Biznes Biznes məqalələri Qadın sahibkarlığının inkişafı: Stanford Universitetinin iki məzunu dəyəri $1 mlrd. olan startap...

Qadın sahibkarlığının inkişafı: Stanford Universitetinin iki məzunu dəyəri $1 mlrd. olan startap qurdular

103

Təhsil proqramı təminatçısı olan “Guild Education” 157 milyon dollar investisiya cəlb edib. Onun sərmayəçiləri arasında dünyasını dəyişmiş Steve Jobs-un həyat yoldaşı Lauren Powell da var.

2019-cu il qadın sahibkarlığının tarixinə düşə bilər. Bu il “təkbuynuzlular klubu” na daxil olmuş qadın şirkətlərinin sayı olduqca çox olmuşdur. Onlar arasında “Guild Education” da var. Qeyd edək ki, “Guild Education” startapının kapitallaşması bu yaxında 1 milyard dollar həddini keçib. Noyabrın 13-də “Guild Education”  D seriyası maliyyələşdirmə mərhələsinin başa çatdığını elan etdi.

Maliyyələşdirmə raunduna “General Catalyst” fondu rəhbərlik edib, bütün təşkilati məsələlərə görə isə “American Express” in baş direktoru Ken Cheno cavabdeh olub. Bunda əlavə, investorlar arasında “Iconiq Capital” və “Lead Edge Capital” vençur fondları, habelə Lauren Powell-in rəhbərlik etdiyi “Emerson Collective” qeyri-kommersiya təşkilatı var.

“Guild Education” startapı Stanford Universitetinin məzunları olan Brittany Stich və Rachel Carlson tərəfindən 2015-ci ildə yaradılmışdır. Şirkət işəgötürənlərə Perdyu Universiteti, Cənubi Nyu-Hampşir Universiteti və Mərkəzi Florida Universiteti də daxil olmaqla bir çox tanınmış universitetlərin onlayn proqramlarına giriş imkanını verir. “Guild Education” un müştərilərinə “Chipotle Mexican Grill” restoranlar və “Walmart” supermarket şəbəkəsi, habelə “Walt Disney” studiyası daxildir.

İşəgötürənlər orta və ya ali təhsili olmayan işçilərinə onu “Guild Education” startapının köməyi ilə əldə etməyi təklif edir. Təhsil haqqı işəgötürən şirkətin sosial paketinə daxildir. “Guild Education” layihəsinin köməyi ilə işçilər orta təhsilini bitirə, ali  təhsil və bir çox müxtəlif sertifikat əldə edə bilərlər. Bu günə qədər “Guild Education” un xidmətlərindən təxminən 400 min insan istifadə edib.

Qeyd edək ki, “Guild Education” 2019-cu ildə Forbes Cloud 100 reytinqinə daxil olmuş üç qadın startaplarından biridir. 2018-ci ildə belə startapların sayı 12, 2017-ci ildə isə 6 olub.

Lakin bu, qadın sahibkarlığının inkişafının çox sürətlə getməsi demək deyil. Qadın şirkətlərinin böyümə üçün daha çox imkanları olmalıdır. 2018-ci ildə dünyada ümumilikdə 151 dənə “təkbuynuzlu” təsis edilmişdir və onların cəmi 10-u (6,6%) qadınlara məxsusdur. Qeyd edək ki, 2019-cu ildə vençur maliyyəsi almış şirkətlərin 88,8%-nə kişilər rəhbərlik edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here