Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Qadın sahibkarların əl işləri “Qış Bazarı”nda sərgilənib

Qadın sahibkarların əl işləri “Qış Bazarı”nda sərgilənib

98
Paylaş

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.

Agentlikdən verilən məlumata görə, kiçik biznesin qadın nümayəndələri üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr və s. məhsullar təqdim edilir.

Yarmarkada qadın sahibkarlar həmçinin, Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici turistlərdən əl işlərinin hazırlanması üçün sifarişlər də qəbul edirlər.

Qeyd edək ki, bu yarmarka yanvarın 15-dək davam edəcək.