Qadın sahibkarlar üçün akselerator proqramının təqdimatı olub

Date:

Paylaş:

“Azərbaycanda qadınların iqtisadi fəallığını artırmaq üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir”.

“Bizplus.az” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən “Scale Up” – qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın, xüsusilə də qadın sahibkarların inkişafına ciddi dəstək verilir: “Bu gün dövlət bütün iqtisadi imkanlarını bunun üçün istifadə edir”.

“Scale Up” proqramı barədə danışan nazir müavini deyib ki, bu proqram qadınların bilik və bacarıqlarını artırmaqda mühüm rol oynayacaq: “Bilik olmadan nəyəsə nail olmaq mümkün deyil. Hər şeyin başlanğıcı bilikdir”.

N.Səfərov ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını xatırladıb və bildirib ki, bu agentlik ölkədə sahibkarlığın inkişafı ilə bağlı çox ciddi işlər görüb: “KOBİA sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının hazırlanmasında, mövcud qanunların daha mütərəqqi səviyyəyə çatdırılmasında böyük işlər görür”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...