Çin Xalq Bankının öz rəqəmsal valyutasını dövriyyəyə buraxmaq qərarı, “qadağan edə bilmirsən – rəhbərlik et” prinsipinə bənzəyir. Bu haqda müəllif Aleksandr Zapolskis yazır.
Başlanğıcda, kriptovalyutalar elektron-iqtisadi marjinalların oyunlarına bəzəyirdi və heç kim onlara ciddi yanaşmırdı. Lakin artıq 2013-cü ildə rəsmi Pekin öz ərazisində şifrli valyuta əməliyyatları ilə bağlı tədbirlərin qadağan edilməsinə dair bir sıra addımlar atmışdır. Çin Mərkəzi Bankının səyləri, bu tip fəaliyyətin həcmini əhəmiyyətli dərəcədə azaldaraq, nəticədə kriptovalyuta bazarının aktivləşməsinə səbəb olmuşdur.
Qaçaqmalçılıq və digər qeyri-qanuni iqtisadi fəaliyyətlərlə əlaqəli olan kriptovalyuta əməliyyatları, Çin iqtisadi əməliyyatlarının əhəmiyyətli hissəsini təşkil edir. 2018-ci ilin sonuna yaxın, kriptovalyuta axını ÇXR-in ümumi ticarət həcminin 15%-ni və ya 690 milyard dollar təşkil etmişdir. Əlbəttə ki, belə bir axını “qadağan etmək” böyük ağılsızlıq olardı, bu halda onu nəzarət altında götürülməsi daha effektiv görünür.
Çin iqtisadiyyatçıları da məhz bu yol üzrə hərəkət ediblər. Belə ki, maliyyə faydasından əlavə olaraq, kriptovalyuta ÇXR-ə ABŞ-ın nəzarətindən çıxmağa kömək edəcəkdir. Dünya fabrikinin mövqeyi, Çinə öz şərtlərini diktə etmək imkanını verir. Kiber-yuan hakim sistemə çevriləcəkmi?