“Huawei”in Türkiyədə çəkilən ilk P Smart 2019 reklam filmindən sonra, P30 Pro üçün çəkdiyi ikinci reklam filmi yayımlanıb.
Reklam filmi #BaktığındanFazlasınıGör şüarı ilə ərsəyə gətirilib. Çarxda Huawei P30 Pro-nun əsas funksiyalarından bəhs edilir.
Məsələn, Leica Dördlü Kamera Sistemi, 50x yaxınlaşdırma təklif edən SuperZoom funksiyası, 40% daha çox ışıq saxlamaq üçün “SuperSpectrum” sensoru və s mövcuddur. Smartfon mükəmməl gecə fotoqraflığı performansı ilə istifadəçilərə gözlə görünməyən detalları da göstərəcəyini vəd edir.
Reklam filmi “Pure” və “Kala Film” imzası daşıyır. Çarxda siz Kayserinin “Yılkı Atları” ilə məşhur olan Hürmetçi Sazlığı, Antalyanı təbii gözəlliyi ilə sehrə salan Kekova Körfezi və son zamanlar təbiəti ilə diqqət mərkəzinə çevrilən Rizenin Huser Yaylası göstərilir.
Qeyd etmək yerinə düşər ki, ABŞ prezidenti Donald Tramp mayın 15-də fərman imzalayıb. Fərmana görə, ölkəsinin milli təhlükəsizliyinin naminə, Amerika ərazisində telekommunikasiya avadanlıqlarından istifadəyə dair tam qadağa qoyub. Sənəd Çin istehsalçılarına yönləndirilib, ilk növbədə isə “Huawei” şirkətinə qarşı. Ondan texnologiyaların oğurluğunda və casusluqda şübhələnirlər. ABŞ Ticarət Nazirliyi artıq Çinin adıçəkilən telekommunikasiya şirkətini “qara siyahı”ya əlavə edib.
Reklamverən: Huawei Türkiye
Reklam Agentliyi:Pure
Reklamverən nümayəndələr: Bengi Güven, Ertan Şensoy, Kaan Arlı, Mustafa Can Akbaş, Kemal Çifci, Selin Karahan
Strateji planlama: Eren Kumcuoğlu
Yaradıcı rejissor: Öncü Doğu Gürsoy
Yaradıcı qrup lideri: Tolga Tunçel, Burak Birinci
Yaradıcı Qrup: Can Salar, Zekai Saltoğlu
Müştəri Əlaqələri Direktoru: Ceyda Şimşek
Müştəri Əlaqələri:Hakan Yıldırım
Sosial media: Can Yelen, Gökçe Dereli, Barış Kaan Akbaş
Rejissor: Turgut Akaçık
Prodakşn: Kala Film
Post Pradakşn Şirkəti: Sinefekt Post Production
Musiqi istehsalı şirkəti: All Stars Music, 25m2 – Cenk Çelebioğlu
https://youtu.be/1sCDPTuW5kU