2022-ci il FIFA Dünya Kuboku üçün işlərinə sürətlə davam edən Qatar, ölkədə tikintisi davam edən böyük stadion və infrastruktur layihələrinə həftədə yarım milyard dollar xərclədiyini açıqlayıb.
Qətərin dünya çempionatı üçün ümumilikdə 200 milyard dollardan çox pul xərcləyəcəyi hesab edilir.
Çempionata 400 min futbol azarkerşinin qatılacağı gözlənilir. 2022-ci ilə qədər isə Qətərə təxmini olaraq 3.5 milyon turist gələcək.
İnşaat layihələri üçün əksəriyyəti Cənubi Asiyadan olan yüz minlərlə işçi gətirilib.
Qatarın ötən ilki büdcə açığının 12.8 milyard dollar olacağı hesab edilir. 2017 üçün isə 7.8 milyard dollarlıq bir açıq nəzərdə tutulur.