Qətərin 12 milyard dollar dəyərində F15 döyüş təyyarəsi alışı üçün ABŞ ilə müqavilə imzaladığı bildirilir.
“Marja” Qətərin rəsmi xəbər agentliyi QNA-ya istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin açıqlamasında, 12 milyard dollarlıq F15 döyüş təyyarəsinin alışı üçün ABŞ ilə müqavilə imzalandığı bildirilib.
Müqavilənin imzalanması mərasimi üçün Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyə-nin bu gün Vaşinqtonda ABŞ müdafiə naziri Jim Mattis ilə görüşəcəyi bildirilib.
Müqavilənin “region və xaricində sülh və sabitliyi dəstəkləyəcəyi və ekstremizmə qarşı yaxın strateji əməkdaşlıq təmin edəcəyi” qeyd edilib.