Əsas səhifə Biznes sahələri Kriptovalyuta Qətərdə kriptovalyutalarla əməliyyatlar qadağan olunub

Qətərdə kriptovalyutalarla əməliyyatlar qadağan olunub

51
Paylaş

Qətərin maliyyə tənzimləyicisi (QFC) ölkə ərazisində kriptovalyutalarla əməliyyatlara qadağa qoyub.

Bu barədə International Investment xəbər verir.

QFC sərəncamında deyilir: “Virtual aktivlərlə bağlı olan xidmətlər Qətərin maliyyə mərkəzinin ərazisində həyata keçirilə bilməz”.

Qadağa “valyutanı əvəzləyən, vasitəsilə rəqəmsal formada köçürmələr və ya ticarət işləri aparılan və ödənişlər və ya investisiya üçün istifadə oluna bilən bütün qiymətli vəsaitlərə aiddir.

Virtual aktivlərlə əlaqəli xidmətlərə daxildir:

fiat valyuta cüt şəkildə kriptovalyutalarla ticarət;

virtual aktivlərin öz aralarında mübadiləsi;

aktivlərin köçürülməsi;

aktivlərin qorunması və ya idarə olunması;

virtual aktivlərlə bağlı digər xidmətlər.

Qadağanın səbəbləri isə məlum deyil.

Qeyd edək ki, qiymətli kağızların və ya digər maliyyə alətlərinin rəqəmsal şəkillərinə bu qadağa aid deyil.

Bundan qabaq Qətərdə pulların yuyulması ilə mübarizə qaydalarının sərtləşdirilməsinə görə kriptovalyuta firmaları bağlanmışdırlar.