Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Qəhvə qalığı iki vyetnamlıya 315 min dollar qazandırıb

Qəhvə qalığı iki vyetnamlıya 315 min dollar qazandırıb

143
Paylaş

Söhbət Rens ayaqqabıları brendindən gedir. O, dünyada kofedən krossovka hazırlayan ilk brend kimi reklam olunur.

Brendi Vyetnamdan olan iki gənc yaradıb : 27 yaşlı  Jesse Khanh Tran və 23 yaşlı Son Chu. Onlar Finlandiyada yaşayırlar.

Şirkət artıq Kickstarter-dən 315 000 dollar cəlb edib və bu hələ başlanğıcdır.

Bu ayaqqabıların artıq 60 ölkədən 3000 sifarişçisi var, lakin şirkətin hələ ki, internet-mağazası yoxdur.

Ayaqqabıların bir cütü üçün  300 qram qəhvə lazımdır. Bu hardasa 21 fincan qəhvə deməkdir. Krossovkalarda həm də yenidən işlənib hazırlanmış plastik butulkalardan da istifadə olunub. Ayaqqabılar su keçirməyəndir. Bundan başqa qəhvədə bakteriyalar qalmır və o,qoxuları neytrallaşdırır.

Şirkət artıq Unilever kimi nəhəng səhmdarların diqqətini çəkib.