Əsas səhifə Biznes Biznes məqalələri Qəddarlığı “milyonçu sindromu” adlandırmaq olarmı?

Qəddarlığı “milyonçu sindromu” adlandırmaq olarmı?

191
Paylaş

Yazıçı Christopher Ryan təkəbbürlü varlılara və elə özünə də “diaqnoz” qoyub.

2007-ci ildə Gary Rivlin “New York Times”da Silikon Vadisindən olan çox uğurlu insanların həyatından yazır. Onlardan biri, Hell Steger öz həyat yoldaşı ilə birgə Sakit Okeana baxan və milyon dollarla qiyməti olan bir evdə yaşayırdı. Onların təxminən 3,5 mln. dollar kapitalı vardı. 5% həcmində düşünülmüş gəliri nəzərə alsaq, Steger və onun  həyat yoldaşı, kapital yatırıb, illik sabit 175 min dollar gəlirlə həyatlarının qalanını yaşaya bilərdirlər. Amma  Rivlin yazır ki, “çox vaxt Steger səhər saat 7-də artıq iş stolunun arxasında olur. O, adətən gündə 12 saat, istirahət günləri isə daha 10 saat işləyir”. O vaxt 51 yaşı olan Steger kinayəni başa düşür: “Bilirəm ki, kənardan baxan insanlar düşünürlər ki, nəyə görə kimsə mənim kimi dayanmadan işləsin. Milyonlar əvvəlki üstünlüyü vermir” – deyə, Steger Rivlin-ə bildirir.

Görünür, Steger inflyasiyanın dağıdıcı təsirini nəzərdə tutub, amma sərvətin onun psixikasına necə təsir etdiyinin fərqində olmayıb. “Silikon Vadisində milyonçu işçilərin sayı çoxdur – Rivlin yazır – hətta şanslı olsalar belə bir an dincəlmədən işləyən çoxlu insanlar var”. Amma rəqəmsal elitanın bir çox təcrübəli və ambisiyalı nümayəndələri hələ də özlərini uğurlu hesab etmirlər, çünki, onların ətrafı daha zəngin adamlarla doludur”.

Bir çox rəhbərlərdən müsahibə götürən Rivlin belə bir nəticəyə gəlib ki, “bir neçə milyon dolları olanlar topladıqları sərvətin əhəmiyyətsiz olduğunu düşünürlər və belə hesab edirlər ki, o yüz minlərlə uğurlu insanın yaşadığı yeni qızıl erada sadəcə bir statusdur”.  Belələrindən biri də Gary Cremen-dir. Match.com-un qurucusu və 10 mln. dolların sahibi olan Cremen düşdüyü tələni bsaşa düşür : “Hamı Silikon Vadisində sənə yuxarıdan aşağı baxır və sən 10 milyon dollarınla heçkimsən”. Bəs kimsə olmaq üçün nə qədər lazımdır?

Belə olan halda siz düşünə bilərsiz: “Həmin adamların özləri də, şəxsi təyyarələri də lənətə gəlsin”. Bəlkə, düz də etmiş olarsınız. Amma məsələ burasındadır ki, onlar artıq oradadırlar və əllərində olana nail olmaq üçün hədsiz çox işləyiblər – onlar nə zamansa yaşamış insanların 99,999%-dən daha zəngin olublar – amma özlərinin fikrincə qazanmalı olduqlarına yenə də nail ola bilməyiblər. Həyata baxışlarını əsaslı şəkildə dəyişmədən heç vaxt istədiklərinə nail ola bilməyəcəklər. Onlar nə zamansa öz maddi durumlarının faydasız olduğunu etiraf etsələr, çətin ki, ailələri və dostları onlara rəğbət bəsləsinlər.

Bəs desək ki, ən varlı gənclər anadangəlmə deyil, sonradan belə olublar, onda necə? Bəs cəmiyyətin “qaymaqları”na xas cəhət kimi dəyərləndirilən və varlıların sindromu adlandırılan soyuqqanlılığın narazı bir dayə tərbiyəsinin, ağır idman dərslərinin və ya çoxlu qara kürü yeməyin deyil, kəskin xəyal qırıqlığının nəticəsi olduğunu desək necə? Deməli səninki gətirib, amma sən hələ də özünü pullu hesab etmirsən. Deyirlər ki, kimin əlində daha çox “oyuncaq” varsa o da qazanır. Belə ki, pul həyat tablosuna əlavə xallar gətirir. Bəs bunun da,  hamımızın içində olduğu fırıldaqçılığın sadəcə dsha bir tərəfi olduğunu desək necə?

İspanların belə bir sözü var : “aislar”. Bu söz “ayırmaq” yəni, “təcrid olunmaq” anlamındadır və o deməkdir ki,  əksəriyyətimiz çoxlu pul əldə edəndə ona əl atırıq. Məsələn, artıq avtobusdan istifadə etməmək üçün maşın alırıq, yaxud, qonşuların hay-küyündən qurtulmaq üçün hüdür hasarlı bir həyət evinə köçürük. Bir sözlə, puldan özümüzü risklərdən, səs-küydən, rahat olmayan şəraitdən qurtarmaq üçün istifadə edirik. Amma uzaqlaşmağın da qarşılığı təcridlə ödənir. Yəni, rahatlıq üçün təsadüfi görüşlərdən, yeni musiqilərdən, tanış gəlməyən gülüşlərdən, təmiz havadan və tanımadığınız adamlarla təsadüfi ünsiyyətdən uzaq durmalısınız. Araşdırmaçılar isə bir daha belə bir qənaətə gəliblər ki, xoşbəxtliyin ən yaxşı göstəricisi cəmiyyətə yaxın olmaqdır. 1920-ci illərdə amerikalıların təxminən 5%-i tənha yaşayıblar. Bugün Siyahıyaaslma Bürosunun məlumatına görə, bu göstərici ¼-dən çoxdur – tarix boyunca ən yüksək rəqəm. Bundan başqa, son iyirmi ildə antidepressantlardan istifadə 400%-i keçib, ağrıkəsicilərdən istifadə isə epidemiya halına gəlib. Korrelyasiya (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqə) səbəb-nəticə əlaqəsini sübut etmir, amma bu tendensiyalar bir-biri ilə əlaqəli olmaya bilməzlər. Ola bilsin ki, əvvəlki rahatlığ, sərvət və hakimiyyət istəkləri ilə bağlı bəzi sualları verməyin vaxtı gəlib çatıb.

Hindistanda olarkən mən ilk dəfə özümü də axmaq, zəngin birisi kimi hiss etdim. Yarı ay yoxsulları bacardığım qədər özümdən uzaq tutaraq səyahət etdim. Nyu-Yorkda yaşayanda ümidsiz adamlara və psixi xəstələrə fikir verməməyə alışdım, amma küçə restoranlarında olarkən acgözlüklə masama yaxınlaşıb gözlərini boşqabıma dikən balaca uşaqlara biganə qala bilmirdim. Düzdür ofisiant gəlib onları qovurdu, amma onlar yenədə kənarlaşıb uzaqdan baxırdılar və gözləyirdilər ki, ofisiant uzaqlaşsın və bəlkə mən onlara nəsə verim yeməyə.

Nyu-Yorkda insanların ümidsizliyinin şahidi oldum və bundan özümü psixoloji olaraq müdafiə etmək qərarına gəldim. Öz-özümə düşündüm ki, evsizlər üçün sosial xidmət mövcuddur, bu adamlar mənim pullarıma sadəcə narkotik və ya içki alırlar, həm də onlar özləri özləri üçün bu vəziyyəti yaradıblar. Amma hindli balacalar haqqında eynisini düşünmək olmazdı. Orada onların üz tuta biləcəyi sığınacaq yerləri yox idi. Mən gecələr onların isinmək üçün balaca küçüklər kimi bir-birlərinə sığınıb necə küçədə yatıb qaldıqlarını görürdüm. Onlar mənim pullarımı da havaya sovurmazdılar. Onlar heç pul istəmirdilər də. Sadəcə acgözlüklə yeməyimə baxırdılar. Onların taqətdən düşümüş bədənləri isə aclıq iddiasında olmadıqlarının acı sübutu idi.

Bir neçə dəfə mən onlara yemək verdim və o bir göz qırpımında yoxa çıxdı, amma ətrafda  hələ də mənə əl uzadıb yalvaran baxışlarla baxan çoxlu uşaq (çox vaxt böyüklər də olurdu) qalırdı. Mən düşündüm: Nyu-Yorkdan Yeni Dehliyə gedişə aldığım bilet puluna bir neçə ailəni borcdan qurtara bilərdim. Bir il əvvəl Nyu-York restoranlarında xərclədiyim pullara həmin hindli uşaqların heç olmasa yarısına məktəbdə təhsil almalarına kömək edə bilərdim. Heyf, bir il Asiyanı səyahət etməyə nəzərdə tutduğum pullara onlar üçün məktəb tikdirə bilərdim. Çox istəyərdim deyim ki, bunlardan nəyisə etmişəm, amma etməmişəm.  Bunun əvəzinə mən vəziyyəti özümdən uzaqlaşdırmaq üçün psixoloji hədd çəkdim. Nəsə edə bilərəm deyə düşünmədim. Üzümdə  mərhəmətli birisi təəssüratı yaratmırdım. Küçədə ya yatmış ya da ölmüş insanların arasından onlara baxmadan keçirdim. Belə olmağı ona görə öyrəndim ki, ya belə olmalı idim ya da özümü buna inandırmışdım. Bu sanki zəngin-axmaq birisi sindromu üzrə müavinət idi.

Toronto Universitetində  Stephan Cote və onun həmkarları tərəfindən keçirilən araşdırmalar onu təsdiqləyir ki, varlılar kasıblardan daha az səxavətli olurlar, amma bu o demək deyil ki, var-dövlət insanları xəsis edir. Vəziyyət daha da mürəkkəbdir. Çox güman ki, insanların fərqli-fərqli məbləğdə gəlir əldə etməsinin yaratdığı ayrı-seçkilik təbii insanpərvərlik axınını pozur. Cote müəyyən edib ki, “qeyri-bərabərliyin hökm sürdüyü ərzilərdə yaşayan çox pullu adamlar daha az mərhəmətli olurlar”.

Varlılar da bütün digər insanlar kimi əliaçıq olublar, amma qeyri-bərabərliyin çox olmadığı vaxtlarda. Bərabərsizlik hədsiz yüksək olanda zənginlər daha az səxavətli olurlar və bu da çox pul qazanan insanların sadəcə daha eqoist olmaları ideyasını şübhə altında qoyur. Köməyə ehtiaycı olan birisi bizdən fərqlənməyəndə biz ona daha ürəyiaçıqlıqla yardım edirik. Amma o daha üstün birisi olanda ona kömək etmək ehtimalımız da bir o qədər az olur.

Varlılarla kasıblar arasındakı sosial fərq digər bərabərsizliklər kimi kənd təsərrüfatından sonra və onun nəticəsi olaraq yaranan ierarxiya sivilizasiyasına görə özünü göstərib, buna görə də yanınızda dayanan ac bir uşağı görməməzlikdən gəlmək üçün içinizdəkiləri üzə çıxarmaq psixoloji olaraq belə çətin olur. Ədalətliliyə yol açan ürəyinizin səsini boğmalı olursunuz. Bu, bizim psixoloji sağlamlığımıza baha başa gələn israrlı bir səsdir.

Bu yaxınlarda varlı dostum mənə dedi: “ Biz “hə” deməklə uğur qazanırıq, amma uğurlu biri olaraq qalmaq üçün çox vaxt “yox” demək lazımdır”. Sizi ətrafdakılardan daha varlı heab edirlərsə siz daim “yox” deməli olacaqsınız. Sizə harada olmağınızdan asılı olmayaraq sizə daim xahiş, fikir, təkliflərlə və kömək üçün müraciət edəcəklər. İnsanlar kömək istəməkdən imtina etməyə alışmayıblar. Milli Nevrologiya və İnsult İnstitutundan (NINDS) olan alimlər Jorge Mall, Jordan Grafman və Frank Krueger MRT-dən istifadə edərək insanların təbiətində alturizmin (başqasının naminə, təmənnasız olaraq, öz mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip) dərin kök saldığını sübut ediblər. Belə ki, əldə etdikləri nəticələrə görə, əksər insanların alturistlikdən əldə etdikləri həzz filantropiya (xeyriyyəçilik) mədəniyyəti ilə bağlı deyil, insan beyninin inkişaf etmiş arxitekturası ilə əlaqəlidir.

Araşdırmalar zamanı könüllülər digərlərinin maraqlarını özlərinkindən üstün tutanda beynin adətən yemək və ya cinsi əlaqə zamanı aktiv hissəsi hərəkətə keçib. Araşdırmaçılar 74 məktəbyaşına qədər olan uşaqda “vagus siniri”nin (təhlükəsizlik və rahatlıq hissi göstəricisi) tonusunu ölçəndə görüblər ki, xəstə uşaqlara ianə edən uşaqların göstəriciləri kömək etməyib qəpiklərini özlərində saxlayanlarınkindən daha yaxşı olub. Aparıcı araşdırmaçı Jonas Miller-ə görə, belə hesab etmək olar ki, “biz lap balaca vaxtlarımızdan digərlərinə kömək etməklə təhlükəsizlik duyğusunu özümüz üçün təmin etməyə köklənirik. Amma Miller və onun həmkarları həm də müəyyən ediblər ki, xeyriyyəçiliyə anadangəlmə meyl sosial istəklərin təsirindən irəli gəlir. Daha zəngin ailələrin uşaqları daha az təminatlı ailələrinkindən az pul bölüşüblər.

Psixoloqlar Dacher Keltner və Pol Piff küçədə maşınları izləyiblər və görüblər ki, bahalı maşınların sürücüləri sadə avtomobil sürücüləri ilə müqayisədə digər sürücüləri dörd dəfə daha çox “qovmağa” çalışırlar. Araşdırmaçılar eksperiment üçün yolu keçmək istəyəndə bahalı maşınların sürücüləri 46,2%  hallarda hətta gözləyən piyadanın gözlərinin içinə baxaraq maşını sürüb keçiblər, amma ucuz avtomobillərin sürücüləri isə onlara yol veriblər. Elə həmin komandanın digər araşdırmaları göstərib ki, varlılar tapşırıqların həllində və oyunlar zamanı daha çox fırıldağa əl atırlar.

Məsələn, Keltner-in əldə etdiyi məlumata görə, çoxlu sərvəti olanlar çox vaxt kompüter oyununda qalib gəldiklərini təsdiqləyirlər, hətta oyun qazanılması mümkün olmayacaq şəkildə dəyişdirilmiş olsa belə. Varlılar danışıqlarda daha çox yalan danışırlar və işdə məsələn, artıq pul qazanmaq üçün müştəriləri aldatmaq kimi qeyri-etik davranışlarına belə bəraət qazandırırlar. Keltner və Piff öz laboratoriyalarının girişində konfet bankası yerləşdirib üzərində “qoyulan konfetlər qonşu məktəbin uşaqlarına çatacaq” yazısını qeyd ediblər və görüblər ki, pullular uşaqların konfetlərindən götürüblər.

Nyu-York ştatının Psixiatriya institutunun araşdırmaçıları 43 min adam arasında sorğu keçiriblər və müəyyən ediblər ki, varlılar  mağazadan aldıqları məhsulların pulunu ödəmirlər. Bu nəticələr onu göstərir ki, varlılar bu hərəkətlərinin qanuni tərəflərinə görə bir o qədər də narahat olmurlar. Girov və yaxşı vəkil tutmaq imkanınızın olduğunu biləndə işıqforun qırmızı işığından keçmək və ya haradansa oğurluq etmək daha az riskli görünür.

Amma eqoizm dərinləşir. “Azad sektor” adlı qeyri-kommersiya təşkilatını birliyi araşdırıb ki, orta hesabla gəliri ildə 25 min dollardan az olanlar adətən gəlirlərinin 4%-dən bir qədər çoxunu ianə edirlər, amma 150 min dollardan çox qazananlar cəmi 2,7%-ni xeyriyyəyə sərf edirlər (hətta varlıların əldə edə biləcəyi  və daha az qazananların sahib olmadıqları vergi güzəştlərinə baxmayaraq).

Başqalarının ağrı-acısına kor olmağı, maddi bərabərsizliyin yol açdığı nigarançılığa psixoloji öyrəşmə kimi hesab etməkdə əsas var. Michael Kraus və onun həmkarları isə müəyyən ediblər ki, daha yüksək sosial-iqtisadi statusa malik olanlar əslində digər insanların üzlərindəki ifadəni oxumaq qabiliyyətinə daha az malikdirlər. Məsələ orasında  deyil ki, onlar həmin emosiyalara qarşı etinasızdırlar, onlar sadəcə işarətlərə “kor”durlar. Los-Angeles-dəki Kaliforniya universitetinin neyrobioloqu Kili Maskatel müəyyən edib ki, xərçəng xəstəsi olan uşaqların şəkillərinə baxarkən zənginlərin beyni kasıblarla müqayisədə daha zəif işləyib.

“Kostyumlu ilanlar. İşdəki psixopatlar” və “Psixopat-test” kimi kitablar, biznesdə  psixopatlar üçün xarakterik olan bir çox cəhətlərin (qəddarlıq, sosial vicdan əskikliyi, birmənalı şəkildə “uğur”a köklənmək) tərfiləndiyini təsdiqləyirlər. Hərçənd psixopatlar bəzi gəlirli peşələrə çox yaxşı uyğun gəlirlər, gəlin, başqa bir məsələni müzakirə edək.

Məsələ orasında deyil ki, daha çox “daş qəlbli” insanlar varlı olurlar. Məncə, sərvət insanlığın son qalıqlarını məhv edir. Başqa sözlə desək, belə hesab edirəm ki, Maskatella-nın araşdırmasının varlı iştirakçıları zəngin olduqlarından xəstə uşaqlarından daha az təsirlənməyi öyrəniblər – eynilə mənim məzuniyyətimi dinc keçirmək üçün hindli ac uşaqları özümdən kənarlaşdırmağı öyrəndiyim kimi.

Michael Lewis “Hədsiz artıq sərvət pisdir – əsas da varlılar üçün” adlı essesində qeyd edib: “Görünür, problem ondadır ki, bərabərsizlikdən yararlana bilən insanlar onlara bazarda üstünlük qazandıran bəzi mənəvi məhdudiyyətlərə malik olurlar. Problem bərabərsizliyin özündən qaynaqlanır: o, imtiyazlı təbəqədə kimyəvi reaksiyaya səbəb olur. O, onların düşüncəsini dəyişdirir. Onların özlərindən başqa kiminsə də qayğısına qala bilmə və ya nümunəvi vətəndaş olmaları üçün lazımi mənəvi duyğlara sahib olma ehtimalını azaldır”.

Nəticədə empatiya duyğusunun yoxa çıxmasını dəf etmək olmur. O, insult, ürək xəstəlikləri, depressiya və demensiya ( ağıl geriliyi) da daxil olmaqla, artan sağlamlıq riskləri ilə sıx bağlı olan sosial izolyasiyaya səbəb olur.

Sevimli məqalələrimdən birində Keltner və Piff  “Monopoliya” oyunun görünüşünü dəyişmək qərarına gəlirlər. Belə ki, bir oyunçu lap əvvəldən digər birisi qarşısında böyük üstünlüklərə malik olur. Onlar laboratoriyaya gələn yüzdən çox adamla araşdırma keçiriblər və kimin “varlı” kimin “kasıb” olacağını müəyyən etmək üçün püşk atıblar.

Təsadüfi seçilən “varlı” oyunçu ikiqat artıq pulla oyuna başlayıb, keçdiyi hər dövriyyədən sonra iki dəfə çox pul qazanıb və birinin yerinə iki zər atıb. Bütün bu üstünlüklər oyunçulara aydın idi. Hər ikisi ( varlı, kasıb) vəziyyətin nə qədər ədalətsiz olduğunu başa düşürdülər. Bundan başqa, “udanlar” açıq-aşkar varlı axmaq sindromuna yoluxmuşdular. Onlar lövhəyə yumruq vurur, ustalıqlarını yüksək səslə bildirir və hətta qabdan daha çox yemək götürüb yeyirdilər.

15 dəqiqədən sonra araşdırmaçılar iştirakçılardan öz oyun təcrübələrini müzakirə etməyi istəyiblər. Varlılar qələbələrindən bəhs edərkən bunun səbəbini, diqqətlərini qələbənin demək olar ki, imkansız olmasını təmin edən saxtalıqlara deyil güclü strategiyalarına cəmləmələrində görüblər. Piff deyir: ”Biz bütün ölkə üzrə min iştirakçı arasında apardığımız onlarla araşdıma zamanı müəyyən etdik ki, maddi rifah səviyyəsi artdıqca insanlarda mərhəmət və empatiya duyğusu azalır və özünəvurğunluq ideologiyası baş qaldırır”.

Əlbəttə, istisnalar da var. Bir çox təminatlı insanlar uğurlarından dolayı yaranan çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər müdrikdirlər və varlı-axmaq sindromuna tutulmurlar – amma belələrinə çox nadir hallarda rast gəlinir və onlar da çox vaxt sabit gəlirləri olan ailələrdən çıxanlar olurlar. Yəqin ki, var-dövlətin zərərli təsirlərini görmək niyə bəzi  çoxlu sərvət sahiblərinin həmin sərvətlərini uşaqlarına miras qoymamaqda and içdiklərini yaxşı izah edir. Chuck Feeney, Bill Gates və Warren Buffett də daxil olmaqla bəzi milyarderlər ölməzdən qabaq pullarının çoxunu və ya hamsını ianə etməyə söz veriblər. Buffett-in uşaqlarına “nəsə edə bilmələri üçün kifayət edəcək qədər, amma heçnə edə bilməmələri üçün kifayət etməyəcək qədər” pul saxlamaq niyyətində olduğu məlumdur. Bu ideyanı pulu az olanlar da dəstəkləyirlər. CNBC.com yazır ki, rezin ördəklər istehsal edən “CelebriDucks” şirkətinin sahibkarı Craig Wolfe qazanılan milyonları ianə etmək (xeyriyyəçilik) niyyətindədir. Bu, kiminsə rezin ördəklər kolleksiyasının satışına milyonlarla pul qoyması qədər olmasa da, təəccüblüdür.

Bəs belə sindroma yoluxmuş insanlara necə kömək etmək olar? Berkli-dəki Kaliforniya universitetinin tədqiqatçısı Robb Willer və onun komandası araşdırma apararaq, iştirakçılara pul veriblər və onlardan “ictimaiyyətə fayda” verəcək müxtəlif çətinlik həddində oyunlar oynamağı istəyiblər.

Əliaçıqlıq nümayiş etdirənlər şərikləri tərəfindən daha çox rəğbətlə qarşılanıblar və böyük məmnunluqla əməkdaşlıq ediblər. Willer deyir: “Əldə edilən məlumatlar onu göstərir ki, yalnız özünün dar şəxsi maraqlarını güdənlər hörmət etməməkdən və hətta nifrət etməkdən qaçmış olacaqlar. Nəcib insanlar ətrafdakılar tərəfindən yüksək qiymətləndirilirlər və beləcə də, yuxarı  statusa malik olurlar”.

Keltner və Piff də eynisini deyirlər: “Laboratoriya araşdırmalarımızda onun şahidi olduq ki, kiçik psixoloji müdaxilələr, insani dəyərlərdə azca dəyişikliklər, müəyyən istiqamətlərdə bir qədər təkan vermələr eqalitarizm (bərabərçilik psixologiyası) və empatiya səviyyəsini bərpa edə bilər. Məsələn,əməkdaşlığın faydası və ya birliyin üstünlüklərini insanlara xatırlatmaq daha varlı olanları kasıblar kimi bərabərhuquqluluğun tərəfində olmağa vadar edir”. Bunlar Piff qeyd edib.

Bir araşdırmada onlar iştirakçılara cəmi 46 saniyəlik kiçib bir çarx göstəriblər. Orada kasıb uşaqlardan bəhs edilirdi. Sonra onlar sınaqdan keçənlərin tanımadıqları kasıb bir adama kömək etməyə nə dərəcədə hazır olmalarını yoxlayıblar. Videoçarxa baxdıqdan bir saat sonra  varlılar da kasıblar qədər kömək əli uzatmağa hazır olduqlarını göstəriblər. Piff-in fikrincə, nəticələr onu deyir ki, “bu fərqlər anadangəlmə və ya qeyd-şərtsiz deyildirlər və bir qədər təkanla (kasıb uşaqladan bəhs edən çarx) insanlarda yaranan təsirlənmə nəticəsində məğlub olurlar.

Piff-in gəldiyi qənaət əcdadlarımızdan qalan “dərslər”lə üst-üstə düşür. Onların sağ qalması qarşılıqlı kömək sosial şəbəkələrinin inkişafından asılı olub. Onlar biliblər ki, eqoizm ölümə aparır: əvvəlcə sosial, sonra isə bioloji ölümə. Gobbs-un müasir davamçıları alturizmin mövcudluğunu izah etməyə çalışdıqları bir vaxtda digər alimlər “eqoizmin hər hansısa funksional faydası varmı?” deyə soruşmaqla onların fikrini şübhə altında qoyurlar. Robb Willer deyir: “Səxavətli olmaqla nə qədər pul qazanmağın mümkünlüyünü nəzərə alaraq sosioloqlar daha çox insanların niyə həmişə mərhəmətli olmaları ilə deyil onların niyə həmişə eqoist olmaları ilə maraqlanırlar”.

“Pula hərisliyin yaxşı birşey olması” ilə bağlı on illik təsdiqləmələr açıq-aşkar maddi bərabərsizlik nəticəsində əldə edilən gəlirdən utanc duyğusu yaşatmaya yönəliblər. Utanc duyğusu qalacaq, çünki,  həmin təsdiqləmələr ən dərin anadangəlmə dəyərlərimizdən biri ilə əlaqəlidirlər. Antihumanist iqtisadi sistemə əsaslı şəkildə bəraət qazandırmaq istəyən institutlar, pulla bağlı oyunlarda qazanılan qələbənin məmnunluq və xoşbəxtlik gətirdiyini daim bildirirlər. Amma bunun  belə olmadığnın deməmizə əsas verən təxminən 300 min illik tarixi təcrübəmiz var. Eqoizm sivilizasiya üçün vacib ola bilər, amma bu, bizdə yalnız belə bir sual yaradır ki, təbiətimizə zidd olan sivilizasiya orada yaşayan insanlar üçün nə dərəcədə uyğundur.