Proqramçı və Python proqramlaşdırma dilinin yaradıcısı Guido van Rossum Dropbox-u tərk edib. O, altı il yarım idi ki orada işləyirdi. Bu barədə şirkət 29 oktyabr-da xəbər verib.
Dropbox-da işlədiyi vaxt Rossum sınaq prosesini həyata keçirməyə və Python üçün mypy adını almış sınaq növləri sistemini yaratmağa kömək edib.
Bundan başqa o, daha rahat dəstəkli kodun yaradılmasında da məsul şəxs olub. Qeyd edək ki, ona qədər Dropbox-da ancaq oranın öz proqramçılarının bildiyi “ağıllı” koddan (clever code) istifadə olunurdu.
Guido van Rossum Python-u 1989-cu ildə yaradıb, 2005-ci ildə o, Google işə düzəlib və 2012-ci ilin sonunda isə Dropbox-a keçib.