Əsas səhifə Məqalələr Maraqlı Putinin saatını hərracda 1 milyon avroya satdılar

Putinin saatını hərracda 1 milyon avroya satdılar

1541
Paylaş
Russia's President Vladimir Putin chairs a meeting in his Novo-Ogaryovo residence outside Moscow, on February 26, 2013. French President Francois Hollande arrives in Moscow for his first visit as head of state and talks with Vladimir Putin tomorrow. AFP PHOTO / RIA-NOVOSTI POOL/ ALEXEI NIKOLSKY (Photo credit should read ALEXEI NIKOLSKY/AFP/Getty Images)

“Putinin saatı”nı Monakodakı hərracda 1 milyon dollara alıblar. Bahalı aksessuarın yeni sahibi kölgədə qalmağa üstünlük verib.

İyulun 19-da hərracda “Patek Philippe Triple Complication” markalı saat təqdim edilib. Sənədləri Vladimir Putinin adına qeydiyyatda olub. Hərracda aksessuar 239 nömrəli lot altında satışa çıxarılıb. Naməlum alıcı ona görə 1,054 milyon avro pul ödəyib.

Lotda tanınmış soyaddan başqa qeyd edilib ki, saat platindən istehsal edilib, onun əqrəbləri isə qızıldandır. Həmçinin qeyd edilib ki, bu saat yüksək rütbəli bir şəxs tərəfindən Vladimir Putinə hədiyyə edilmək üçün əldə edilib.

Kremldə Rusiya prezidentinin adıçəkilən lota aidiyyəti olduğu barədə məlumatı inkar ediblər. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Putinin saatı”nın satılması ilə bağlı xəbər uydurmadır.

lent/az

kisi qol saatlari satisi, kisi qol saatlari ve qiymetleri, saatlar satisi, qol saatlari qiz ucun, qadin qol saatlari, qadin saatlari, online saat satisi baki, qol saatlari qadin ucun