Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Punk-rocker”lər üçün Liquid Death suları hazırlayanlar 10 milyon dollar əldə edəcəklər

“Punk-rocker”lər üçün Liquid Death suları hazırlayanlar 10 milyon dollar əldə edəcəklər

108
Paylaş

Liquid Death-ın ilk səhmdarları Twitter, Dollar Shave Club və Away-ın yaradıcıları olub.

Hələ mayda bu startap həmin səhmdarların dəstəyi sayəsində olan 1,6 milyon dollar cəlbetmə barədə xəbər verib. Bugünə qədər 2,25 milyon dollar yığmaq mümkün olub. Lakin bu bəs etmir.

Mənbələrdən əldə edilən məlumata görə, Liquid Death-ın Business İnsider-lə əməkdaşlıq edən baş direktoru Mike Cessario artıq ayrı-ayrı “maraqlı olan səhmdarlar”la danışıqlar aparıb,lakin heç bir razılıq imzalanmayıb. Bəzi məlumatlarda deyilir ki, danışıqların hələ ilkin mərhələsi gedir və əməliyyatların həcmi və şərtləri dəyişə bilər. Görüşlərin məhz hansı səhmdarlarla baş tutduğu də məlum deyil.

İlkin maliyyə yığımının uğuru onu deməyə imkan verir ki, startap lazım olan məbləği yığa və məhsulu dünya bazarına çıxara biləcək. Adının və ümumilikdə obrazının, bundan başqa ekoloji cəhətdən yaxşı paketləşdirilmiş qablarının uğuru sayəsində, məhsulun tezliklə iri mağazaların piştaxtalarında görünəcəyinə şans var.