Pulunuzu necə artıra bilərsiniz – Yatırım vasitələri

Date:

Paylaş:

Pul qazanmaq və mövcud pulu idarə etmək mövzusunda insanların daha diqqətli olduqlarını görürük. Insanlar gələcəyə investisiya etmək məqsədi ilə əllərində olan fürsətləri ən doğru şəkildə qiymətləndirərək qazanclarını artırmaq istəyirlər. Eyni zamanda inkişaf edən texnologiya və yüksələn həyat standartlarına uyğunlaşmaq üçün də daha çox pula ehtiyac duyuruq.

Daha çox pul qazanmaq istəyən kəslərdən, indiki vaxtda hara investisiya etməli, nəyə investisiya etsəm qazanaram tərzi sualları daha tez eşitməyə başlamışıq. İnternetdən istifadənin artması isə insanları internetdən pul qazanmağa yönəldir.

İnternet vasitəsilə investisiya etmək.İnternetdən investisiya etmək ilk başda insanlara etibarlı bir yol kimi görünmürdü. İndiki vaxtda həm internetin həm də maliyyə bazarlarının gəldiyi vəziyyəti göz qabağına gətirsək daha etibarlı və qanuni əməliyyatlar üçün əlverişli olduğunu görərik. Maliyyə bazarı olan birja bazarı əməliyyatlarını indiki vaxtda internet vasitəsilə etmək mümkündür. Eyni zamanda forex bazarı kimi qlobal bir maliyyə bazarının əməliyyatları da internet üzərindən etibarlı bir şəkildə edilə bilir.

Birja bazarında həyata keçirilən uzun müddətli investisiyalar bəzi insanlara uyğun gəlmir. Forex bazarının qısa müddətli investisiya edilmə xüsusiyyəti bu andainsanlar üçün ən əlverişli xüsusiyyətdir.

Birjada nəyə investisiya etmək olar?

Birja deyildiyi zaman ağla ilk əvvəl səhmlər gəlir. Uzun müddətli olaraq ən yaxşı investisiya vasitəsi olan səhmlər, eyni zamanda birjada əməliyyatda olan ən yüksək likvidliyə sahib investisiya vasitələridir.

Səhm alış-verişi etmək istəyən kəslərin birja bazarını yaxşı bir şəkildə tanımaları və birjada necə əməliyyatlar aparılmalı olduğunu öyrənmələri, təcrübə qazanmaları lazımdır. Birjada pul qazanmaq üçün ən əhəmiyyətli meyarlardan biri mütləq məlumat və təcrübədir. Bunun üçün vasitəçi təşkilatlar tərəfindən internet üzərindən təqdim edilən təhsil imkanlarından faydalana bilərsiniz. Bu təhsillər sayəsində bazarı tam olaraq tanıya bilərsiniz. Lakin birjada təcrübə qazanmaq da lazımdır. Bunun üçün də demo hesab deyilən və virtual pul ilə gerçək bazar şəraitində əməliyyat edilməsini mümkün edən proqramlar istifadə edilə bilər.

Maraqlı ola bilər: Forexi öyrənmək üçün 4 praktiki üsul

Birjada səhmlər xaricində digər qiymətli kağızlar, əmtəələr, valyutalar və törəmə vasitələr deyilən fyuçers, forward, opsion müqavilələri də əməliyyat olunur. Birjada tək bir sərmayə vasitəsinə bütün pulunuzu yatırtmaq yerinə, birja gözləntilərinizə ən uyğun portfeli (bir neçə birja vasitələrinə yatırım etməklə) meydana gətirərək investisiya etmək daha sərfəli nəticələr əldə etməyiniz üçün mühümdür. Portfelinizi necə yaratmaq lazım olduğu haqqında portfel idarəçilərindən kömək ala bilər və məlumatlarınız, təcrübənizlə öz portfelinizi yarada bilərsiniz.

Forex bazarında nəyə investisiya etməliyəm?forex nədir

Forex bazarı, bir ölkənin pul vahidinin anlıq alınması, başqa bir ölkənin pul vahidinin də anlıq satılması ilə alış – veriş arasında yaranan fərqdən gəlir qazandıran maliyyə bazarıdır. Tərifdə yalnız valyutalardan bahs edilməsinə baxmayaraq əmtəələrin, Apple, Microsoft kimi dünya tərəfindən tanınan şirkətlərin səhm və birja indeksləri də Forex bazarında əməliyyat görən investisiya vasitələridir.

Forex bazarında həyata keçirilən anlıq alış – veriş əməliyyatlarından belə yüksək qazanclar əldə edilə bilir. Bu həm yüksək əməliyyat həcmindən, həm də əməliyyat xüsusiyyətlərindən irəli gəlir. 100 dollarlıq bir məbləğ ilə forex bazarında investisiyaya başlamaq mümkündür və qısa müddətdə əldə edilən qazanclar sayəsində daha böyük lotlarda əməliyyat etmək mümkün olacaqdır.

Qısa müddətli qiymət dalgalanmalarından qazanc əldə edildiyi forex bazarında bazarı yaxşı izləməklə hər hansı bir investisiya vasitəsi anlıq alına bilər və gözlənilən dalğalanmalar meydana gəldikdən sonra satılaraq qazanc əldə edilə bilər. İnvestisiya vasitələrinin qiymətləri həm yüksələrkən, həm də düşərkən alış və ya satış edilərək mövqe açıla bilər.

Leverage sistemi də qısa vədədə yüksək qazanc əldə etməyi mümkün edən xüsusiyyətlərdən biridir. Lleverage nisbətləri sayəsində pulunuzun 100 qatına qədər əməliyyat edə bilər və əldə edəcəyiniz qazanc nisbətini 100 qatına qədər artıra bilərsiniz. Bu əməliyyatları reallaşdırarkən təyin etdiyiniz risk faktorunu zərər dayandır / qazanc al əmri olaraq bazara təqdim edə bilər və gözlənilməz itkilərdən qoruna bilərsiniz.

Forex bazarında da qazandıran əməliyyatlar reallaşdırmaq üçün əvvəlcə forexdə necə hərəkət etmək lazım olduğunu öyrənmək vacibdir. Bunun üçün bu cür qanuni təşkilatların təhsillərinə internetdən müraciət edə və təhsili pulsuz olaraq internetdən ala bilərsiniz.

Qazanmaq üçün hara pul yatırmalıyıq?

Pul qazanmaq üçün hara və hansı yollarla investisiya etmək lazım olduğunu öyrənmək istəyirsiniz. Bunun cavabını almaq üçün bir çox yerə və ya adama danışsanız da hamısında fərqli cavab ala bilərsiniz. Bu nöqtədə etməniz lazım olan isə olduqca sadədir. İnvestisiya edə biləcəyiniz maliyyə bazarları haqqında məlumat əldə etmək! Maliyyə bazarlarını araşdırmalı və sizin üçün ən uyğun gördüyünüzü seçməlisiniz. Bu seçiminizdə bazarların quruluşu, əməliyyat xüsusiyyətləri və təqdim etdikləri imkanlar seçimlərinizi müəyyən edəcək.

İnternet sayəsində hər bazar haqqında məlumat əldə edə bilərsiniz və bu şəkildə sizə uyğun olub olmadığını da anlaya bilərsiniz. Eyni zamanda demo hesablar əldə edərək, bazarları daha yaxından tanıma imkanı da tapa bilərsiniz. Məsələn, çox maraqlandığınız forex bazarına aid bir demo hesabı endirərək əməliyyatların necə olduğuna baxa bilərsiniz. Daha sonra da yüksək sürətdə əməliyyat etmək sizə görədirmi qərar verə bilərsiniz.

Hansı investisiya vasitələrinə investisiya edilməlidir?forex əməliyyatları

Hansı investisiya vasitələri seçəcəyiniz investisiya gözləntilərinizə, əməliyyat qabiliyyətlərinizə görə dəyişənlik göstərsə də ən böyük faktorlardan biri həmin investisiya vasitəsinin dəyər qazanıb qazanmayacağıdır. Valyutalar, əmtəələr, səhmlər, birja indeksləri və törəmə vasitələr arasından hansı investisiya vasitələrini seçmək istəsəniz yaxşı bir bazar təqibçisi olmağınız lazımdır.

Birjada hansı sərmayə vasitəsini seçsəniz gələcəkdə dəyər qazanıb qazanmayacağını bilməlisiniz. Birjada yalnız dəyər qazanacaq investisiya vasitələrindən pul qazanmaq mümkündür. Amma forex bazarında cüt istiqamətli əməliyyat xüsusiyyəti sayəsində dəyər qazanacaq və ya itirəcək investisiya vasitəsinə investisiya edilə bilər. Birjada portfelinizi meydana gətirərkən birja gözləntilərinizi təyin etməli və buna uyğun xüsusiyyətlərə sahib investisiya vasitələrini seçmək lazımdır.

Digər bir istiqamətdən baxsaq, ümumi olaraq valyuta kurslarının gündəlik məzənnə dəyişimi səbəbiylə qısa müddətli qazanc əldə etmək istəyən şəxslər valyutaya investisiya etməkdədir. Amma ölkələrdə meydana gələn iqtisadi böhranlar, siyasi anlaşılmazlıqlar, döyüşlər, mənfi  makro iqtisadi məlumatlar kimi bir çox faktor səbəbiylə valyutalara olan güvən azalır. Bu dövrdə valyuta sərmayəçiləri daha etibarlı olaraq gördükləri digər vasitələrə investisiya etməyi seçirlər, xüsusilə qızıl ən etibarlı investisiya vasitəsi olaraq görülməkdədir və 12 il boyunca göstərmiş olduğu yaxşı performans səbəbiylə investorlar qızıla investisiya etməyi seçirlər.

Valyuta sərmayəçilərinin qızıla investisiya etməyə başlaması nəticəsində artan tələb səbəbiylə qızıl qiymətləri yüksəlməyə keçir. Qiymətlərin yüksəlməsi ilə investorlar qızılın kifayət qədər yüksəldiyini düşünərək qızıl alternativi olan gümüşə də yönəlirlər.

Bütün bu səbəbləri nəzərə alsaq, bazarı diqqətlə izləmənin əhəmiyyətli olduğu aydın olacaqdır. Ətraflı məlumat, təcrübə, bazar təqibi və analizlər sayəsində qazanclı investisiyalar reallaşdıra bilərsiniz.

banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...