«Pulu da nağd xərcləyirdilər» – Azərbaycana gələn turistlər azalıb – OTELLƏR BOŞALIR

Date:

Paylaş:

Ötən ilin ortalarından başlayaraq Azərbaycana xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur. Bu barədə “Bizplus”-a sektordakı mənbələr bildirib. Turizm eksperti Firdovsi Xəlilov bildirib ki, bir neçə il əvvəl – 2015-2016-cı illərlə müqayisədə ölkəmizə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var:  2015-16-cı ilin yanvarında artıq otellərimiz mart ayına, Norvuz Bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib».

Ekspertin sözlərinə görə, turizm axınının böyük hisəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm də həm yüksək, həm də orta qiymətli otellərdə yaşayırdılar: «İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq otellərdə qalırdılar».

İndi isə vəziyyət dəyişib. Yanvar ayı olmasına baxmayaraq Novruz bayramı üçün otellərin heç də hamısı tutulmayıb: «Turistlərin sayı 70-80% daha azdır. Hətta 40-50 dollarlıq otellər də boşdur».

Ekspetin sözlərinə görə, hazırda Azərbaycana gələn ərəb turistlərinin əksəriyəti Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gəlir: «Amma Dubaydan gələnləri biz 28 Mall və ya «Gənclik» Mall-la təəccübləndirə bilmərik, onlar bu məsələlərin ən yaxşılarını görüblər».

F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının  səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub: «Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə İranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb».

Ekspert deyir ki, hazırda iranlılar. Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar: «Onların nə hiss etdiyini biz də başa düşə bilərik, 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu özünü turizmə də göstərir».

F.Xəlilovun sözlərinə görə, İranla bağlı əsas probelemlərdən biri odur ki, Azərbaycan şirkətləri indiyədək İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib, buradakı turizm sektoru ilə davamlı əlaqə yaratmayıb: «Tehran 15 milyon əhalisi olan şəhərdir, ən əsası çburada İranın ən varlı şəhəridir, bütün pular da buradadır. Amma bizim şirkətlər Tehran bazarı ilə demək olar işləmirlər. Buradan gələn turistlər də öz istəkləri  ilə gələnlərdir».

Ekspert deyir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti İranın Azərbaycanla sərhəd bölgəsində yaşayanlardır: «Onlar isə nisbətən kasıbdır, əsasən avtobuslarla səyahət edənlərdir və iqtisadi problemlər dərhal onlara təsirini göstərir»

Azərbaycana ərəb turistlərinin azalmasının əsas səbəbi isə İraq turistləri üçün sadələşdirilşmiş viza rejiminin ləğv edilməsidir.

Qeyd edək ki, son bir ilədək Azərbaycana gələn iraqlu turistlər vizanı sadələşdirilmiş şəkildə sərhəddə ala bilirdilər. Bu da həmin ölkədən turist axınını sürətləndirirdi: «Viza sərhəddə veriləndə İraqdan Azərbaycana böyük axın oldu. İraq vətəndaşları nisbətən aşağı seqmentli otellərdə qalsalar da, «kəş» dollar xərcləyirdilər, AVM-lərdə alış-veriş edirdilər və fayda gətirirdilər. Adamlar nəğd pul xərcləyirdilər, bu əladır və bütün sektorun sevdiyi müşərilər idi ».

Viza ilə bağlı dəyişikliklərdən sonra iraqlu turistlərin sayında ciddi azalma var: : «İraylı turistlərə aeraporta verilən viza dayandırılıb, artıq iraqlılara Azərbaycan visası almaq Gürcüstana hər şey daxil tur almaqdan çətin olub».

Yeri gəlmişkən, ekspertin sözlərinə görə, bir sıra səbəblər üzündən İraq turistlərinin Azərbayan iqtisadiyyatı üçün faydası digər turistlərdən daha artıq idi: «Onların bir hissəsi Azərbaycana təkcə səyahət məqsədilə deyil, hətta ailələrinin təhlükəsizliyini təmin etmək üçün gəlirdilər. Çox sayda iraqlılar ailələrini gətirib Bakı, İsmayııllı, Qəbələ və Qubada evlər kirayələyib yaşayırdılar».

 

Bəzi İraq vətəndaşları Azərbaycanda uzun müddət qalırdılar: «İmkanı olanlar ailələrini düşünürdülər. Bir çox hşəhərlərdə 6 ay yüksək temperatoru olurdu, yaşamaq və işləmək olmurdu, ona görə də kişişlər işləyir ailəsi burda qalırdı. Ayda 1500-2500 dollar pul xərcləyən adamlar idi».

Amma vizaların çətinləşməsi bu sahəyə də təsirini göstərib. Yeri gəlmişkən, İraq vətəndaşları üçün sərhəddə viza verilməsinin dayandırıldığını bu ölkənin Azərbaycandakı səfirliyində də təsdiqləyiblər. Səfirlikdən FED.az-a bildirilib ki, bu dəyişiklik Azərbaycan tərəfinin təşəbbüsü ilə olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...