Dünyanın ən böyük reklam şirkətlərindən biri olan “Publicis Groupe”, bazar günü ABŞ-ın rəqəmsal marketinq agentliyi olan “Epsilon” şirkətini satın alıb. Fransız şirkəti adı gedən marketinq agentliyini “Alliance Data Systems Corporation” dan vergilər də daxil olmaqla 4,4 milyard dollara satın alacaq. Fransız tərəfi agentliyi 3,95 milyard dollar dəyərində qiymətləndirib və bu, 2018-ci ildə Amerika şirkətinin mənfəətindən 8,2 dəfə çoxdur.
Mesajda qeyd olunduğu kimi, satınalma “Publicis Groupe” şirkətinin idarə heyətinin və nəzarət şurası tərəfindən artıq təsdiqlənib. “Bu, sənayenin inkişafını nəzərə alınmaqla, “udma” üçün birdəfəlik fürsətdir”. Tərəflər müqaviləni 2019-cu ilin üçüncü rübündə bağlamağı planlayırlar.
“Epsilon” şirkətinin satın alınması, Fransız media qrupunun ABŞ bazarında mövqeyini gücləndirməsinə imkan verəcək. Ötən il şirkət 1,9 milyard dollar gəlir əldə edib, demək olar ki, bu gəlirin çox hissəsi ABŞ-ın payına düşür. Əlavə olaraq, müqavilə bazarda ənənəvi reklam agentliklərin deyil, Google və Facebook kimi internet nəhənglərinin üstünlüyü şəraitində “Publicis” şirkətinin biznesini diversifikasiya etməyə imkan verəcək. “Müştərilərimizin əsasən rəqəmsal bir dünyada qarşılaşdığı çətinlikləri gördükdə, bizim kimi şirkətlərin cəsarətli addımlar atması lazım olduğu aydın olur”, – deyə “Publicis” in baş icraçı direktoru Artur Sadun bildirib.